Icma.az
close
up
RU
“Bu halda heç bir müəllimin maaşı azalmır...” İqtisadçı

“Bu halda heç bir müəllimin maaşı azalmır...” İqtisadçı

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müəllimlərin əmək haqqına yeni mexanizmin mümkün təsirləri Müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçidi ilə bağlı cavabsız qalan ən vacib sual budur: - Bu dəyişiklikdən sonra təxminən 146 min müəllimin əmək haqqı fondu üçün ayrılan ümumi vəsaitin həcmi nə qədər artacaq? Bütün məsələlərin həllinin arxasında iqtisadi faktor (pul!) dayandığı üçün bu məsələyə də ən vacib baxış iqtisadi baxışdır”. 

Adalet.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, odur ki, bu sual çox önəmlidir:

“Tutaq ki, hazırda ümumi təhsil müəssisələrində çalışan 146 min müəllimin əmək haqqı fondu üçün ŞƏRTİ olaraq ildə 1 milyard manat nəzərdə tutulur. Bəs, 8 saatlıq iş saatına keçiddən sonra bu məbləğ 1,2 milyard və ya 1,3 milyard (və ya daha çox) olacaqmı? Yoxsa dəyişiklik ümumi həcmdə ciddi fərq yaratmayacaq? 8 saatlıq iş prosesinin mahiyyəti əslində iki mümkün maliyyə modelinə söykənə bilər: Birinci model əmək haqqı fondunun real genişlənməsi modeldir. Bu halda heç bir müəllimin maaşı azalmır, 8 saatlıq iş rejiminə keçənlərin maaşı isə əlavə büdcə vəsaiti hesabına artır. Nəticədə təhsil sisteminin maliyyə öhdəliyi böyüyür və bu iqtisadi məntiqlə həqiqi maaş artımı deməkdir. İkinci modeldə isə fondun həcmi dəyişmir, sadəcə daxili bölgü yenilənir. Yəni bu halda əmək haqqı fondu əvvəlki kimi qalır, amma bölgü dəyişir.  8 saatlıq rejimə keçməyən müəllimlərin maaşı müəyyən qədər azalır, həmin vəsaitin hesabına 8 saat işləyənlərin maaşı isə artır. Bu, mahiyyətcə statistik artım effektidir, real artım deyil. Maliyyə baxımından bu, mühasibat balansının bir maddədən digərinə keçirilməsindən ibarətdir. Xüsusilə qeyd edim ki, hazırkı dövrdə kiminsə əmək haqqının azaldılmasına gediləcəyini də gözləmirəm. İkinci modelin tətbiq edilməsi ağlabatan deyil. Odur ki, kiminsə narahatlıq keçirməsinə ehtiyac yoxdur. Bu sadəcə nəzəri baxımdan mümkün modellərdən biridir. Beləliklə, birinci modeldə sistem güclənir, real inkişaf baş verir. Əgər məqsəd bu modeldirsə və Azərbaycan müəllimin əmək haqqını Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsindən yüksəyə qaldıracaqsa, o zaman bu alqışlanacaq addımdır. 
İndi məsələnin ən vacib tərəfinə gələk. Əgər birinci maliyyə modeli tətbiq ediləcəksə onda deməli, bu modelin tətbiq ediləcəyi ilin dövlət büdcəsi ilə bağlı kontekst də nəzərə alınmalıdır. Məsələn, gələn ilin dövlət büdcəsinin ümumi xərcləri cəmi 0,3 faiz artıb. Təhsil xərcləri isə 1,6 faiz artıb.  Bu hazırkı iqtisadi mərhələnin xüsusiyyətlərini əks etdirir və fiskal siyasətin daha ehtiyatlı, balanslaşdırılmış çərçivədə həyata keçirildiyini göstərir. Təbii ki, belə bir şəraitdə müəllimlərin əməkhaqqı fondunun ümumi yükünü əhəmiyyətli dərəcədə artırmaq çətin olacaq. Çünki mövcud fiskal çərçivədə bu praktik baxımdan çətin icra olunan bir öhdəlikdir. Deməli, bütün bu məqamlar nəzərə alındıqda, ideya kimi, model kimi, konseptual səviyyədə bu məsələnin müzakirə olunması tamamilə mümkündür və müəyyən istiqamətlər üzrə təhsil sistemi üçün üstünlüklər də yarada bilər. Lakin mövcud fiskal imkanların hazırkı konfiqurasiyası fonunda “8 saatlıq iş” mexanizminin məhz indiki mərhələdə gündəmə gətirilməsi optimal zamanlama hesab edilmir”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Noyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri