Bu hallarda birbaşa prokurorluğa müraciət etmək olacaq
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
İş yerində korrupsiya barədə məlumatı olan şəxslər təşkilat daxilində müraciət etmədən birbaşa korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına üz tuta biləcəklər.
Modern.az xəbər verir ki, bu hüquq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan yeni qanun layihəsində əksini tapıb.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihə şəxsə öz seçimi ilə məlumatı birbaşa həmin prokurorluq orqanına təqdim etmək imkanı verir.
Məxfiliyin qorunmayacağına şübhə, sübutların itirilməsi və ya məhv edilməsi riski, məlumatın qeydə alınmayacağına dair əsaslı şübhə olduqda da müraciət prokurorluğa veriləcək.
Təşkilatda araşdırma aparılmaması, təsdiqlənmiş pozuntu üzrə tədbir görülməməsi və ya araşdırmanı aparanların nəticədə maraqlı olması da bu əsaslar sırasında göstərilir.
Təşkilatla əmək və ya xidmət münasibətlərinə xitam verilmiş şəxslər də işlədikləri dövrdə əldə etdikləri məlumatı prokurorluğa təqdim edə biləcəklər.
Məlumat rəhbərlə bağlı olduqda isə şəxs yuxarı vəzifəli şəxsə və ya ixtisaslaşmış prokurorluq orqanına müraciət etmək hüququna malik olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















