Icma.az
close
up
RU
Bu hansı dildədir? Canlı yayımda sərt polemika + VİDEO

Bu hansı dildədir? Canlı yayımda sərt polemika + VİDEO

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "Aktual Gündəm" verilişinin növbəti buraxılışında Albaniya tarixi və qədim mətnlər ətrafında səslənən iddialar geniş müzakirə olunub.

Studiyada millət vəkili Hikmət Babaoğlu ilə siyasi şərhçi Kamran Həsənli arasında polemika yaşanıb.

"Bu hansı dildədir?" - Canlı yayımda sərt polemika + VİDEO

Millət vəkili Hikmət Babaoğlu çıxışı zamanı belə bir mətn parçası səsləndirib:

"Qız Arı Məryəm, yazıqlarımın açarı Məryəm, Tanrı doğuran Məryəm, Tanrı anası Məryəm". Bu hansı dildədir?"

Siyasi şərhçi Kamran Həsənli isə iddialara cavab olaraq konkret mənbə göstərilməsini tələb edib:

"Bu hansı tarix kitabında yazılıb? Hansı dildədir? Əsərin adını deyin".

Hikmət Babaoğlu cavabında qeyd edib ki, məsələ ilə bağlı materiallar İrəvanda yerləşən Matenadaranda saxlanılır:

"Gedin Matenadarana baxın. Matenadaran İrəvandadır. Əlyazmalar ermənicədir. Əlyazmanı görmüsünüzmü? Siz görməmisiniz, amma mən görmüşəm və oradan oxumuşam".

O, mənbə kimi Musa Kalankatlının "Albaniya tarixi" əsərini göstərib.

Kamran Həsənli isə bu fikrə etiraz edərək bildirib ki, əsər orijinalda deyil, tərcümə variantı əsasında oxunur və belə iddiaların beynəlxalq müstəvidə müzakirəsi elmi əsaslara söykənməlidir:

"Belə əsər yoxdur demirəm, amma biz onu tərcümədən oxuyuruq. Belə məsələləri dünyaya çıxarıb danışanda bizə gülürlər".

Müzakirə zamanı Hikmət Babaoğlu əlavə edib ki, başqa bir sənəddə ibadət dilindən bəhs olunur və "arı tanrı" ifadəsinin yer aldığı iddia edilir. Onun sözlərinə görə, həmin mətn Mesrop Maştotsun əlifbasına uyğunlaşdırılmamış və Orxon əlifbası ilə yazılmış ola bilər.

Kamran Həsənli isə tarixi xronologiyaya diqqət çəkərək bildirib:

"Runi əlifba VI əsrdə formalaşıb. Musa Kalankatlı isə V əsrdə yaşayıb. Söhbət VI-VII əsrlərdən gedir və Orxon abidələri də həmin dövrə aiddir".

Millət vəkili daha sonra mətnlərdə yer aldığı iddia edilən başqa bir ifadəni səsləndirib:

"Yalvarıram sənə, boşalt mənim yazıqlarımı". Bu hansı dildə yazılıb? Bu, türkcə deyilsə, hansı dildədir? Burada "yazıq" sözü indiki mənada "kasıb" demək deyil, "günahkar" mənasında işlənir. Məryəm haqqında mətndə də "yazıqlarımın açarı" ifadəsi var, yəni "günahları bağışlayan" anlamında".

Kamran Həsənli isə polemikanı belə yekunlaşdırıb:

"Ermənilər də özləri barələrində belə danışıblar, indi də bunun nəticələrini görürlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri