Icma.az
close
up
RU
Bu hansı kişinin şəklidir? Arvadının xəyanətindən şübhələnib qətlə yetirdi

Bu hansı kişinin şəklidir? Arvadının xəyanətindən şübhələnib qətlə yetirdi

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Vəliyev Bəxtiyar Nurlan oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Həsənovaya məhkəmə heyətini təqdim edib və hüquqlarını izah edib. Hüquqi varis Samirə Həsənova məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatətini belə İzah edib ki, mərhum bacısı qızı, təqsirləndirilən şəxs isə qardaşı oğludur. Hakim Eldar İsmayılov yerində müşavirə edərək vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb. 

Sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. Məlum olub ki, Bəxtiyar Vəliyev həyat yoldaşı Xumar Həsənlinin mobil telefonunda başqa bir kişinin şəklini görüb. Bundan sonra Xumarı işlədiyi gözəllik salonundan götürərək onunla birgə evə doğru hərəkət edib və tefonda olan şəkilin kimə məxsus olmasını soruşub. Xumar Həsənli cavab verə bilməyərək evə doğru qaçmaq istəyib. Ancaq Bəxtiyar cibində olan bıçağı çıxardaraq ona bir neçə zərbə endirərək Xumarı həyatdan məhrum edib. 

Təqsirləndirilən şəxs baş vermiş cinayətdə özünü qismən təqsirli bilib. 

Məhkəmə prosesi 15 yanvar 2024-cü il tarixinə kimi təxirə salınıb. 

İttiham aktına görə, bu il avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış, cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1- ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri