Icma.az
close
up
RU
Bu hərəkətlərinə görə xalqın yaddaşından silinəcəklər Şuşalılara müraciət

Bu hərəkətlərinə görə xalqın yaddaşından silinəcəklər Şuşalılara müraciət

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Aslan Kənanın tədqiqatçı-alim Firidun Şuşinski ilə bağlı şuşalılara müraciətini təqdim edir.

Əziz şuşalılar, sizə xatırlatmaq istərdim ki, XX əsrin əvəzolunmaz musiqi tədqiqatçısı Firidun Şuşinskinin 20 oktyabr 2025-ci il tarixində anadan olmasının 100 illiyidir.Unutmusunuzsa, xatırlatmaq istərdim ki, Firidun Şuşinski Azərbaycanın dilbər guşəsi olan, sizin qürurla adını çəkdiyiniz, uzun müddət düşmən tapdağı altında qalmış Şuşa şəhərində anadan olub. Siz biliniz ki, Firidun bəy Şuşanın düşmən tapdağı altında qalmağına dözməyərək dünyasını dəyişmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin artıq erməni işğalından azad edildiyini bəyan edərək Azərbaycanın son 100 illik tarixinin ən möhtəşəm müjdəsini verdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladığını bildirməklə xalqın iradəsini bir daha nümayiş etdirdi.

Çox təəssüf ki, Firidun bəy Cənab Prezidentin bu xoş müjdəsini görə bilmədi.
F.Şuşinski yeganə musiqi tədqiqatçısıdır ki, həyatının 30 ildən çoxunu Azərbaycanda XIX-XX əsrlərdə yaşamış muğam ifaçılarının tədqiqində və təbliğində təmənnasız xidmətlər göstərmişdi. Ümumiyyətlə, F.Şuşinski tədqiqat apararkən ömür boyu dövlətdən heç bir maliyyə vəsaiti almamışdır.

F.Şuşinski həmçinin uzun müddət radio və televiziyada da muğam ifaçılığına həsr olunmuş verilişlər aparırdı. O, nəinki musiqisevərlərin, hətta adi tamaşaçıların da sevimlisinə çevrilmişdi. Həmin tamaşaçılar Firidun müəllimin müəllifi və aparacısı olduğu “İfaçılıq sənəti”, “Muğam axşamı” verilişlərini səbirsizliklə gözləyirdilər.

F.Şuşinskinin həyatı mənə 1937-ci il repressiyasının qurbanı olmuş ədəbiyyatşünas, folklorçu Salman Mümtazı хatırlatdı.

S.Mümtaz da atasından qalan var-dövləti ədəbiyyatımızın, folklorumuzun və onun yaradıcılarının üzə çıхarılıb хalqımıza tanıdılmasına sərf etmişdi. Onun da bir çoх kitabı çap olunmuş, lakin işıq üzü görməmiş neçə-neçə əlyazması tonqallarda yandırılmış, özü isə “vətən хaini” kimi repressiyaya məruz qalmışdı. S.Mümtaz bəraət aldıqdan xeyli müddət sonra kitabları yenidən nəşr olunmuşdu. Bu zaman məlum olmuşdu ki, tədqiqatçının yoxluğundan istifadə edən bəzi “görkəmli alimlərimiz” S.Mümtazın əziyyətlə topladığı əlyazmalara öz imzalarını qoyub nəşr etdirmiş və nəticədə, “professor”, ”akademik” adı almışlar. Artıq o vaхtdan neçə il keçib, sular durulub, haqq yerini tapıb.

F.Şuşinski dünyasını dəyişəndən sonra yeni musiqi “tədqiqatçılar”ı, “musiqişünaslar”ı meydana çıxmış və onun min bir əziyyətlə toplayıb nəşr etdirdiyi yazılarını oğurlamışlar. Həmin “hazırın naziri” olan imza yiyələri çox zaman “professor”, “akademik” adları daşıyanlardır.

Cənab Şuşanın ziyalı təbəqələri və Firidun bəyi tanıyan, lakin süfrəsində oturub sonradan onu unudanlar, sözüm sizədir.

Bu sətirləri yazanda Mirzə Cəlili xatırladım. Qeyri-ixtiyari olaraq aşağıdakı ifadələr qarşımda bir-birinin ardınca düzülməyə başladı:

Sizi deyib gəlmişəm, ey xalqının qeyrətli ziyalılarına xor baxan cənablar! O kəsləri deyib gəlmişəm ki, mənim bu sərt fikirlərimi xoşlamayıb bəhanə ilə gedirlər. Hara getdikləri də məlumdur. Kimi ekstrasens yanına, kimi alt paltarlarını televiziya ekranlarına nümayiş etdirənlərin, kimi arvad kimi saçlarını qaraldıb, üzlərini min cür hala salanların verilişlərinə baxmağa tələsir, kimi üzlərinə ənlik-kirşan vurmaq üçün “gözəllik” salonuna, kimi də “oxuduğu” və “danışığı” məlum olmayan şou əhlindən ləzzət almağa. Çünki hökm edənlər buyurublar:

"Sözünü o kəslərə de ki, sənə qulaq vermək əvəzinə, üzünə arsız-arsız hırıldasınlar..."

Bir zaman gələcək, F.Şuşinskini yaddan çıxarmaq istəyənlər özləri bu hərəkətlərinə görə xalqın yaddaşından silinəcəklər. Onu unutdurmaq arzusunda olanlar nə vaxtsa öz hərəkətlərinə görə tarix qarşısında cavab verməli olacaqlar. Bu cür nadanlar adlarını xanəndə qoyub, muğamları, el havalarını, bəstəkar mahnılarını oxuyarkən hoqqabazlıq edənlərdir. Ustadlarımızın bizə miras qoyduğu xəzinəni yaddan çıxartmağa cəhd edənlər o şəxslərdir ki, bu xalqın çörəyini yeyib sərvətinə xor baxan nankorlardır. Onlar muğamdan öz mənafeləri üçün istifadə edənlərdir. Həmin şəxslər musiqi haqqında hər hansı bir yazı hazırlayanda F.Şuşinskidən qalaq-qalaq cümlələr oğurlayıb mənbəyini göstərməyənlərdir. Bu cür şəxslər musiqişünasın cismani yoxluğundan istifadə edib onun fikirlərini, cümlələrini, böyük abzaslarını, yazılarını mənimsəyənlərdir.

F.Şuşinski belələrinə qarşı barışmaz mövqedə dururdu, onlara “süfrənin artığını yeyənlər” deyirdi. O, çəkinmədən sözü üzə deməklə yaltaqlara, musiqimizə хor baхanlara, səsi olmayanlara, muğamın guşələrini bilməyən, lakin özünü muğam ustası sayanlara qənim kəsilər, onları bu yoldan uzaqlaşdırmağa çalışardı. O, belə хanəndələrə “muğama dürtülənlər” deyirdi.

Firidun Şuşinski ömrünün sonuna yaxın muğam tariхimizin 200 illik dövrünü əhatə edən, vaxtilə televiziya və radio dalğalarında çıxışları, ömür boyu tədqiqat apardığı, vərəqlərə köçürtdüyü və yeri gəldikcə, mətbuat səhifələrinə çıхardığı yazıları bir yerə yığıb, nəşr etdirmək qərarına gəlir.

Firidun Şuşinskinin yaradıcılığını daim diqqət mərkəzində saxlayan dünyaşöhrətli bəstəkar Fikrət Əmirov yazırdı:

“Firidun Şuşinski həm bir alim, musiqişünas, həm də şəxsiyyət kimi aləmdir, əvəzsiz və bircədir, misilsizdir. Deyir və düşündürür. Biz Azərbaycan millətinin inkişafı və sağlamlaşması naminə Firidundan muğayat olmalıyıq”.

Ustad sənətkar haqlı idi. Firidun bəy kimi xalqına qəlbən yanan, onun musiqi tarixinə bütün varlığı ilə bağlanan tədqiqatçının yenidən həyata gəlməsi uzun illər çəkəcək. Lakin biz onu qoruya bildikmi? Xeyr! Qorumaq əvəzinə, onu məhv etdik.

Bəli, biz onu bilə-bilə, görə-görə məhv etdik.

Əziz şuşalılar!

Sizə yenidən xatırladım ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Beynəlxalq Muğam Mərkəzi” Firidun Şuşinskinin ən böyük arzularından biri idi. Çox yaxşı haldır ki, “Beynəlxalq Muğam Mərkəzi” şəhərimizin mərkəzində yerləşir. Sevindirici haldır ki, bura daxil olan hər kəs XIX-XX əsrlərin muğam ifaçıları ilə “rastlaşır”. Ağ mərmərə “bürünmüş” bu sənətkarların xalqımız tərəfindən tanınmasında Firidun Şuşinskinin əvəzsiz xidmətləri olmuşdur. Yaxşı olardı ki, ömrünün 40 ilini bu unudulmaz sənətkarların həyat və yaradıcılığına sərf etmiş Firidun Şuşinskinin büstü də həmin ustad sənətkarların yanında yerləşəydi. Axı F.Şuşinski olmasaydı, Muğam Mərkəzini həmin şəxslərin büstləri bəzəməyəcəkdir. Məgər əvəzolunmaz musiqi tədqiqatçı-aliminin anadan olmasının 100 illiyində Firidun Şuşinskinin yaşadığı evin qarşısında xatirə lövhəsi, adına həyatı qədər sevdiyi doğma Şuşada küçə vermək, əsərlərini nəşr etdirmək bu qədərmi çətindir? İnanmaq istərdik ki, əlaqədar təşkilatların rəhbərliyi Prezident Administrasiyasına bu barədə müraciət olunacaq. Heç olmasa, son dəfə özünüzə qayıdın, ustad sənətkarın anadan olmasının 100 illiyi bir zamanda Firidun Şuşinskinin adını əbədiləşdirməkdən ötrü tərpənişiniz olsun.

Axı onun buna haqqı da var!

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi? Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama Parisdə Ermənistanın mina müharibəsi əleyhinə fotosərgi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri