“Bu hücumlar dayandırılmalıdır...” ABŞ Rusiyanın Azərbaycana qarşı təxribatını pislədi
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Dövlət Departamenti Rusiyanın Azərbaycan qazının keçdiyi Ukrayna qaz kəməri obyektinə raket hücumunu pisləyib.
“AzPolitika” xəbər verir ki, Departament bu cür hərəkətləri qəbuledilməz adlandırıb və Moskvanı mülki infrastruktura hücumları dayandırmağa çağırıb.
Dövlət Departamentinin sözçüsü deyib ki, Rusiya bu hərəkətləri dərhal dayandırmalıdır.
“Donald Tramp bu müharibənin məhz dağıdıcı insan tələfatlarını nəzərə alaraq, sülhə can atır”, - deyə, bildirib.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya hərbçiləri Odessada Ukraynaya təbii qaz nəqli üçün şaxələndirilmiş marşrutu təmin edən obyektə hücum ediblər. Ukrayna Energetika Nazirliyinin məlumatına görə, hücum yalnız mülki enerji infrastrukturuna və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı yönəlib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















