Icma.az
close
up
RU
Bu içki sudan daha çox susuzluğumuzu yatırırmış

Bu içki sudan daha çox susuzluğumuzu yatırırmış

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Susuzluğu yatırmaq üçün adi suyun ən yaxşı vasitə olduğu düşünülsə də, aparılan araşdırmalar fərqli həqiqətləri üzə çıxarıb. Alimlərin gəldiyi qənaətə görə, bədənin maye ehtiyacını süd daha effektiv və uzunmüddətli şəkildə qarşılayır.
Demokrat.az xəbər verir ki, adi su mədədən sürətlə keçərək qan dövranına qarışır və qısa müddətdən sonra sidik ifrazı ilə bədəndən xaric olur. Südün tərkibindəki laktoza, zülal və yağlar isə bu prosesi ləngidir. Beləliklə, maye orqanizmdə daha çox qalır və hüceyrələrin nəmlənməsini təmin edir.
Süd həm də natrium və kalium elementləri ilə zəngindir. Bu maddələr bədəndə suyu saxlayan süngər rolunu oynayaraq maye itkisinin qarşısını alır. Tədqiqatçılar müxtəlif içkiləri müqayisə edərək bədəndə ən uzun müddət qalan mayelərin siyahısını da müəyyənləşdiriblər. Siyahının başında apteklərdə satılan xüsusi rehidratasiya məhlulları, həmçinin yağlı və yağsız süd qərarlaşıb. Portağal şirəsi və adi su isə onlardan sonra gəlir.
Şirin qazlı içkilər və meyvə şirələri mədədə sudan daha çox qalsa da, onlar bədəni nəmləndirmək əvəzinə əks təsir göstərir. Tərkibindəki yüksək şəkər konsentrasiyası bağırsağa çatdıqda, orqanizm bu şəkəri durulaşdırmaq üçün hüceyrələrdəki suyu bağırsağa çəkməyə başlayır. Bu proses nəticəsində bədəndə ciddi su itkisi yaranır.
Qəhvə ilə bağlı yayılan fikirlərin də tam doğru olmadığı üzə çıxıb. Bir fincan qəhvə bədəni demək olar ki, su qədər təmin edə bilir. Kofeinin sidikqovucu təsiri yalnız ard-arda dörd fincandan çox içildikdə özünü göstərir. Beləliklə, yay aylarında və ya intensiv fiziki aktivlik zamanı süd içmək bədənin su balansını qorumaq üçün daha faydalı seçim ola bilər.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri