Icma.az
close
up
RU
Bu il AÇG və “Şahdəniz”dən nə qədər neft qaz hasil edilib?

Bu il AÇG və “Şahdəniz”dən nə qədər neft qaz hasil edilib?

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, respublikada 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb:
“SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.
Bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilmiş qazın 7,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,7 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 3,6 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. Bunun 5,9 milyard kubmetri Avropanın, 4,9 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyayanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 529,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri