Icma.az
close
up
RU
Bu il amnistiya gözlənilirmi? SON DƏQİQƏ AÇIQLAMASI

Bu il amnistiya gözlənilirmi? SON DƏQİQƏ AÇIQLAMASI

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sonuncu amnistiya aktı 2021-ci ilin noyabr ayında olmuşdu. Zəfər amnistiyası 17 min 267 şəxsə şamil olunmuşdu. Onlardan bir çoxunun cəzası azaldıldı, bəziləri cəzadan və cinayət məsuliyyətindən azad edildi. Bu, Azərbaycan amnistiya tarixində ən böyüklərindən biri idi.

1995-ci ildən indiyə qədər 11 amnistiya aktı olub ki, 160 minə qədər şəxsə şamil edilib. Tarixən Azərbaycanda amnistiya aktı mühüm siyasi, milli, tarixi günlərlə bağlı olub.

2025-ci il Konstitusiya və Suverenlik İli elan olunub. Belə bir siyasi və hüquqi konteksdə yeni amnistiya aktının imzalanması real və əsaslandırılmış görünə bilər”.

Bunu Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, cəmiyyətin müəyyən təbəqəsi həmişə düşünür ki, mütəmadi olaraq amnistiya aktları olmalıdır:

“Lakin amnistiya aktlarının çox sürətlə baş verməsi əksər ölkələrin tarixində o qədər də uğurlu addım sayılmır. Müəyyən dövrlərdə şübhəsiz ki, amnistiya aktlarının verilməsi tamamilə yerinə düşür. Amnistiya aktının imzalanmasına bu gün ehtiyac var. Cəzaçəkmə müəssisələrində məhkum olunan şəxslərin sayı 25 minə yaxındır.

Şübhəsiz ki, az ağır cinayətlər törətmiş, eyni zamanda səmimi peşman olan, cəmiyyətə reinteqrasiya üçün hazır olan kontingent üçün amnistiya azadlığa çıxmaq yolunda yeni imkan deməkdir.

Məhkumlar arasında yaşlı, xəstə, qadınlar, azyaşlı uşağı olan analar var. Belə şəxslərin cəza çəkməsi bəzən müəyyən sosial ziyandır. Amnistiya humanizm aktıdır.

Prezidentimiz tərəfindən mütəmadi olaraq əfv sərəncamları verilir ki, bu da humanizmin təzahürüdür və çoxsaylı məhkumların öz ailələrinə qovuşmaq üçün şanısıdır. İstər amnistiya, istərsə də əfv həmişə balanslaşdırıcı və humanist rol oynayır. Düşünürəm ki, bu il amnistiya aktının qəbul edilməsi ehtimal olunandır.

Amnistiya təşəbbüsünü Prezident və millət vəkilləri irəli sürə bilərlər. Belə addımlara yalnız dəstək vermək olar. Cəzaçəkmə müəssisələrinin yükünün azaldılması çox vacib bir məsələdir”.

Əliməmməd Nuriyev xatırladıb ki, bir neçə ay bundan öncə amnistiya aktının qəbul edilməsi ilə bağlı deputatlar tərəfindən fikirlər səsləndirilib:

“Gələcəkdə qəbul edilərsə, bütün cinayətlərə şamil edilməyəcək. Ancaq sosial ədalət və humanizmə əsaslanan selektiv yanaşma olarsa, cəmiyyət tərəfindən anlayışla qarşılanacaq. Amnistiya ona gətirib çıxarmamalıdır ki, bütün cinayət etmiş şəxslər azadlığa çıxsın”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:509
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri