Bu il Azərbaycanda amnistiya olacaq? AÇIQLAMA
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hələki amnistiya ilə bağlı hansısa addım nəzərdə tutulmayıb. Mümkündür ki, olsun. Biz də çox arzulayırıq. Nə qədər əfv və amnistiya addımları olursa, müəyyən həbs yerlərində cəzaçəkən insanlardan daha çox onların yaxınları sevinirlər".
Bunu "Unikal"a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Fazil Mustafa "Konstitusiya və Suverenlik ili" çərçivəsində amnistiyanın ola biləcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Komissiya üzvü bildirib ki, insanlara sevinc bəxşt etmək hamının arzusudur: "Amma müəyyən standartlar var və onlar nəzərə alınmalıdır. Hər il kifayət qədər insan əfv vasitəsilə azadlığa qovuşur. Amnistiya çox önəmli hadisələr baş verəndə olur. Dövlət qurumları ciddi təhlil edir, zərurət yarananda bu addımın atılması nəzərdə tutulur. İndi nəzərdə tutulmasa da, gələcəkdə mümkündür".
Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub.
Anar Kəlbiyev
Baxış sayı:123
Bu xəbər 30 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















