Icma.az
close
up
RU
Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub EKSKLÜZİV AZƏRTAC

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub EKSKLÜZİV AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər

Bakı, 11 yanvar, AZƏRTAC

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib. O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektarı xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.

Ötən il milli parkarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, yəni quşların daha çox miqrasiya etdiyi dövrə təsadüf edirdi. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər.

“İşğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır. Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümü xarakterli balıq buraxılışları həyata keçirilir”, - deyə R.Allahverdiyev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri