Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 166 şirkət təsis olunub.
Yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 290 milyon 740 min lirə (8 milyon 402,9 min dollar) olub və bu məbləğin 247 milyon 952 min lirəsini (7 milyon 187 min dollar) Azərbaycan sərmayəsi təşkil edib.
Qeyd edək ki, bu il Azərbaycan sərmayəsi ilə Türkiyədə təsis olunan şirkətlərin 21-i səhmdar cəmiyyət (Anonim şirkət), 145-i isə Məhdud Məsuliyyətli Cəmiyyət (Limited şirkət) olub./Yeniavaz.com

Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
22 Noyabr 2024 16:14
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıb
22 Noyabr 2024 21:14
Bu il Azərbaycan vətəndaşları Türkiyədə 152 şirkət qurublar
06 Noyabr 2024 13:11
Məşhur şirkət Türkiyədə PUA istehsal edəcək
05 Yanvar 2025 21:03

