Icma.az
close
up
RU
Göyqurdlar 1250 nəfərin üzvlüyünü dayandırdı nə baş verir?

Göyqurdlar 1250 nəfərin üzvlüyünü dayandırdı nə baş verir?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 10-da milli komandamız növbəti yoldaşlıq oyununa çıxacaq. Rəqib isə güclü Macarıstandı.

Yığmanın əsas fanklubu olan “Göyqurdlar”ın rəhbəri Elnur Şərifli ilə qarşıdakı oyunla bağlı danışdıq:

“Macarıstan oyununa hazırlıq planlı şəkildə davam edir. Daha öncə rəsmi səhifəmizdə də qeyd etdiyimiz kimi, azarkeş birliyində struktur dəyişikliyinə getmişik və bu çərçivədə 1250 nəfərin üzvlüyü dayandırılıb. Bu qərar uzunmüddətli fəaliyyətimizdə bir dönüş nöqtəsi olmaqla daha sistemli və məqsədyönlü bir təşkilatlanmanı hədəfləyir. Bizim üçün əsas meyar, sadəcə, stadionda iştirak deyil. Dəstəyin davamlı və səmimi olması önəmlidi. Bu səbəbdən də azarkeş birliyimizə üzv qəbulunu yenidən açmışıq, lakin bu dəfə üzvlük yalnız müsahibə əsasında həyata keçirilir. İstəyirik ki, tribunada bizimlə birgə olan hər kəs bu yolun məsuliyyətini və mənəvi dəyərini dərk edərək bu mühiti paylaşsın. 2010-cu ildə "Sector 11” ilə çıxdığımız bu yolda məqsəd təkcə dəstək vermək deyil, həm də milli komandanın yanında dayanan mədəni, intizamlı və məqsədli azarkeş platforması yaratmaqdı. Bu gün də həmin məqsədə sadiq qalaraq, birlik daxilində yeniliklərə yer veririk. Latviya və Macarıstan ilə qarşılaşmaların yoldaşlıq oyunu olması bizim üçün oyunun əhəmiyyətini azaltmır. Milli komandanın hər matçı bizim üçün vacibdi, çünki burda təkcə futboldan deyil, ortaq məsuliyyətdən və ümumi dəstəkdən söhbət gedir. Komandamızın son ev qələbəsi 2024-cü ilin martında Monqolustana qarşı, rəsmi oyunlardakı son qələbəsi isə 2023-cü ilin noyabrında İsveçə qarşı olub. Bu nəticələr bizim üçün biabırçı səviyyədədi, amma biz tribunada olmağa və dəstəyimizi göstərməyə bayrağımız üçün davam edəcəyik. İnanırıq ki, müsbət dəyişikliklər üçün sabit və ardıcıl dəstək həmişə vacib rol oynayır. Qısası, bu gün bizim üçün saydan çox keyfiyyət və dəyərlər önəmlidi. Qarşıdan gələn oyunlarda da bu yanaşma ilə davam edəcəyik”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri