Icma.az
close
up
RU
“Bu il bitsəydi” deyənlər...

“Bu il bitsəydi” deyənlər...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Təxminən 24 saat sonra başa vuracağımız il bir çox önəmli və maraqlı hadisələrlə yadda qaldı. Əjdaha ili bəziləri üçün yeni fürsətlər və nailiyyətlər üçün yol açsa da, digərlərinin yolunu məhkəmə salonlarına salıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo” 2024-cü ilin yaddaqalan müttəhimlərini və gündəmi zəbt edən məhkəmə işlərini yenidən yada salır.

Əjdaha ilinin ən dəhşətli cinayətini bütün ailə üzvlərini amansızlıqla öldürən 19 yaşlı Əhməd Əhmədov törətdi. İkisi azyaşlı olmaqla 5 nəfəri qətlə yetirən Əhməd anlaqsız olduğu üçün həbsxanaya göndərilməsə də, ömrünü Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında keçirəcək.

2024-ün ən çox maraq doğuran məhkəmə işlərindən digərində müttəhim sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi. Məhkəmə istintaqının sonuna qədər azadlıqda olan sabiq nazir dövlətə dəymiş ziyanı ödədiyi üçün şərti cəza ilə canını həbsdən qurtara bildi.

Şəmkirin vəzifə cinayətlərində ittiham edilən sabiq icra başçısı Alimpaşa Məmmədov barəsində də yekun qərar çıxarıldı. Sonuncu qərarla eks-icra başçısı 10 il 6 ay həbs cəzasına məhkum edildi.

Müxtəlif vaxtlarda adı qalmaqallarda hallanan prodüser Təranə Səmədova da bu il məhkum qadınlar siyahısına daxil edildi. Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən Səmədova 6 il azadlıqdan məhrum edildi.

Bu il gündəmdə olan əsas məhkəmələrdən biri Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun işi idi. 143 milyonluq yeyintidə ittiham edilən general 12 il 6 ay müddətinə həbsə göndərildi.

İlin son səs-küylü həbsləri isə İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşe polkovnik-leytenant Qəhrəman Məmmədov və “AQA” Şirkətlər Qrupunun vitse-prezidenti Qafar Dəmirçi oldu.

Dəmirçi bir müddət sonra nəzarət şərti ilə azadlığa çıxsa da, Qəhrəman Məmmədov barəsində həbs qərarı verildi.

2025-ci – yaşıl ilan ilinin isə daha çox xoş xəbərlərlə dolu olmasını arzu edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri