“Bu il meyvə qəhət olacaq” deyənlər nə dərəcədə haqlıdır? “1 manata düşüb”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yazdan başlayaraq aramsız yağan aramsız yağışlar, sel və daşqınlar, habelə tez-tez təkrarlanan güclü küləkli havalar “bu il meyvə qəhət olacaq” düşüncəsi yaradıb.
Kənd təsərrüfatından başı çıxan da, çıxmayan da bu mövzuda müzakirələrə qatılır.
Aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev “Yeni Sabah”a bildirib ki, yağıntılarla əlaqələndirilən bədbin proqnozlar özünü doğrultmayıb: Sezar pizza
“Əvvəlcədən belə proqnozlar verilirdi ki, məhsullar çürüyəcək, xüsusilə də meyvələrin, o cümlədən gilasın qiyməti kəskin bahalaşacaq. Amma vəziyyət tam əksinə oldu. Maşallah, ötən illə müqayisədə məhsuldarlıq daha yüksəkdir. Hətta pulun devalvasiyası amilini də nəzərə alsaq, hazırkı qiymətləri normal hesab etmək olar”.
A.Mustafayevin sözlərinə görə, bazarda meyvə-tərəvəzin qiyməti normal səviyyədədir və ötən illə müqayisədə bahalaşma yoxdur:
“Məsələn, pomidor mövsümün əvvəlində 2-2,5 manata satılırdısa, indi qiyməti təxminən 1 manata düşüb. Yəni mövsümə uyğun olaraq bazarda vəziyyət normaldır və hələlik ciddi bahalaşma müşahidə edilmir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















