Icma.az
close
up
RU
Bu il “Caspian Agro” sərgisində fermerlər üçün süni intellekt əsaslı yeniliklər təqdim olunacaq

Bu il “Caspian Agro” sərgisində fermerlər üçün süni intellekt əsaslı yeniliklər təqdim olunacaq

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

13-16 may tarixlərində Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində keçiriləcək. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.

AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli qeyd edib ki, bu il sərgidə ilk dəfə fermerlər üçün kənd təsərrüfatı sahəsində süni intellekt əsaslı yeniliklər təqdim olunacaq.

“Bu il sərgi pavilyonu genişlənib, eləcə də xarici şirkətlərin nümayəndələri artıq iştirakçıların 70 faizini təşkil edir”, - deyə T. Qafarbəyli bildirib.

tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.

Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.

Hal-hazırda “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Beləliklə sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir.

İştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcək. Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçilər arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək.

Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhətə edəcək. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində sərgilərdə iştirak edəcək. Sərgiləri bir sıra xarici ölkələrdən nazirlərin başçılıq etdiyi beynəlxalq nümayəndə heyətləri ziyarət edəcək.

Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edəcək və yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradacaq.

Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alacaq.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunacaq.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirəcəklər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaqdır. Forumda xarici qonaqların, o cümlədən nazirlərin iştirak edəcəyi gözlənilir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri zamanı kənd təsərrüfatı sahəsi üzrə daha bir mühüm beynəlxalq tədbir baş tutacaq. Belə ki, Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakı Ekspo Mərkəzində, ümumilikdə 200-dən çox beynəlxalq və yerli nümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslam Ticarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə keçiriləcək tədbir 14-15 may tarixlərində təşkil ediləcək. Forumun müzakirə gündəmində davamlı kənd təsərrüfatına investisiya, kənd təsərrüfatında KOB-ların gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular yer alacaq. Tədbir zamanı həmçinin ikitərəfli işgüzar (B2B) görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcək. Bu forum Azərbaycanın kənd təsərrüfatı sektoru üzrə beynəlxalq iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirak etməsi üçün stend təşkil edir. Bu əməkdaşlıq çox məhsuldar xarakter daşıyır. Belə ki, hər il bu şirkətlər sərgilərdə iştirak edərək, bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr qurur və inkişaf edirlər. Bu ildən etibarən Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri KOBİA ilə yeni istiqamətdə əməkdaşlığı genişləndirir. Belə ki, regionlardan KOB-ların Bakıda keçirilən beynəlxalq sərgilərə cəlb edilməsinə başlanılır. KOBİA-nın dəstəyi ilə ölkənin müxtəlif regionlarından KOB-lar üçün bütün sərgilərdə iştirak etmələri məqsədilə turlar təşkil olunacaq. Bu təşəbbüs KOB-ların inkişafına, böyük biznes icmasına inteqrasiyasına, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, sahə üzrə yeniliklərlə tanış olmasına və innovasiyaların tətbiqinə töhfə verəcək.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların nar mövzusunda yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin xeyriyyə hərracı keçiriləcək. Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Eləcə də sərgilərdə iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcək. Belə ki, Almaniya Milli Pavilyonunda alman şirkətlərinin məhsullarının təqdimatı baş tutacaq. Həmçinin sərgilər çərçivəsində “müsahibə zonası” təşkil olunacaq. Bu guşədə sərgilərə dəstək göstərən dövlət qurumları və iştirakçı şirkətlərin nümayəndələrindən müsahibələr alınacaq.

Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək. Təşkilatçılar ümid edirlər ki, bu, sərgilərə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaq.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri