Icma.az
close
up
RU
“Neft gəlirlərinin azalması devalvasiya riskini artırır” İqtisadçı XƏBƏRDARLIQ ETDİ

“Neft gəlirlərinin azalması devalvasiya riskini artırır” İqtisadçı XƏBƏRDARLIQ ETDİ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Ölkədəki iqtisadi reallıqlar barədə danışmaq üçün əlimizdəki statistik məlumatlar kifayət etmir, yumşaq desək, bu statistikaya inanmaq özünü aldatmaqdır. Amma nəzərə almalıyıq ki, bəzi məlumatları gizlətmək mümkün deyil və sadə rəqəmlərə baxdıqda, müəyyən mənzərəni görmək mümkündür”.

Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Qaşqay İsmayıl deyib:

“Azərbaycanın əsas iqtisadi aktivliyini təşkil edən neft-qaz sektorunun gəlirlərinin sürətlə azalması fonunda 2026-cı il üçün Neft Fondunun gəlirləri 7.3 milyard dollar civarında proqnozlaşdırılır ki, bunun da 5.6 milyard dollarını neft qaz gəlirləri, digər 1.7 milyard dollarını isə fondun aktivlərinin idarə edilməsindən əldə ediləcək gəlirlərin təşkil edəcəyi gözlənilir. Bu rəqəmlərin miqyasını təsəvvür etmək üçün sadə bir fakt kifayətdir: Keçən il ölkənin avtomobil idxalı üçün 2 milyard dollar vəsait sərf edilmişdir. Bir sözlə, valyuta gəlirlərinin əsas hissəsini neft-qaz gəlirlərinin təşkil etdiyini nəzərə alsaq, kəskin azalma göz qabağındadır. Üstəlik Rusiya ilə bağlı baş verən hadisələrin valyuta bazarına necə təsir etdiyi barədə yalnız fərziyyələr irəli sürə bilərik. Lakin iqtisadiyyatı xarici valyutanın daxil olma tempindən birbaşa asılı olan bir ölkə üçün daxil olduğumuz il kataklizmlərlə yadda qala bilər”.

İqtisadçı qeyd edib ki, neftin qiymətinin hər dollar azalması valyuta gəlirlərinin 100 milyon dollar azalmasına səbəb olduğu üçün, makroiqtisadi sabitlik təhlükə qarşısındadır:

“Artıq keçən ilin 9 ayı ərzində tədiyyə balansında 1.25 milyard dollar kəsir yarannması bu tendensiyanın ilkin əlamətləridir

Sadə dildə desək, hökumət onilliklər ərzində əməl etdiyi stabil qida siyasətindən imtina etməyə başladığı kimi, valyuta gəlirlərinin azalması fonunda devalvasiya barədə də qərar qəbul edə bilər.

Məntiqlə, hökumət bir neçə milyard əlavə vəsait taparaq əvvəlki “loyallıq əvəzində qida” siyasətini davam etdirə bilmirsə, kütləvi ixtisarlardan kəskin qiymət artımlarına qədər bütün qeyri-populyar addımları atırsa,  deməli milli valyutanın kursunu da saxlamağa artıq əvvəlki kimi ölüm-dirim məsələsi olaraq yanaşamayacaq. Əlbəttə, bütün bunlar sadəcə fərziyyələrdir, lakin proseslərin gedişi kifayət qədər ciddi dəyişikliklərin olacağından xəbər verir”.

Şəbnəm

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri