Icma.az
close
up
RU
Bu il ilk dəfə olaraq 35 mindən artıq səhmdarımızla… ABB sədri

Bu il ilk dəfə olaraq 35 mindən artıq səhmdarımızla… ABB sədri

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ölkəmizin ən böyük bankı olan ABB bu günlərdə 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi. İlin yekunlarına Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovla birgə nəzər saldıq:

- Abbas müəllim, ABB 2024-cü ili hansı maliyyə nəticələri ilə başa vurdu?

- 2024-cü il də ABB-nin strateji inkişafının ən uğurlu illərindən oldu. Belə ki, Bankımız 2024-cü ili 293,732,04 min manat xalis mənfəətlə tamamlamışdır. ABB-nin əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cü ildə 22,8% artmışdır. 2024-cü ilin maliyyə nəticələrinə əsasən, Bankın dövlət büdcəsinə 131 milyon manat mənfəət vergisi ödəməsi gözlənilir. Kredit portfelimizdə iri həcmdə, 1.3 milyard AZN, yəni 25,8%-lik artım baş vermişdir. Biznes kreditləri portfelimizi 605 milyon manat artımla 3,109,246.09 min manata yüksəltmişik. İlin nəticələrinə əsasən, biznes və ipoteka kreditləri üzrə bazar lideri olmuşuq.

- Bankın müştəri sayında da artım varmı?

- 2024-cü ildəki ən böyük inkişaf göstəricilərimizdən biri də elə məhz bu istiqamətdədir. Artıq 4 milyon müştəri ABB-nin xidmətlərindən istifadə edir, aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32% artmışdır. Yenilikçi, faydalı məhsul və xidmətlərimiz, rəqəmsal həllərimiz, süni intellekt modellərindən istifadə ilə fərdi təkliflərimiz loyal ABB müştərilərinin sayını günü-gündən artırır.

Qürur duyduğumuz bir göstəricini də xüsusi vurğulamaq istərdim, Banka 2024-cü ildə gələn yeni müştərilərin 65%-i məhz rəqəmsal kanallardan, yəni Bank filialına daxil olmadan cəlb edilib. Bu, hazırda dünyadakı müasir bankların hədəflədiyi bir göstəricidir.

- ABB hazırda nə qədər effektiv fəaliyyət göstərir?

- Müştəri sayımızı və gəlirlərimizi artırmaqla yanaşı, səmərəli fəaliyyət, xərclərimizin optimallaşdırılması da daim gündəliyimizdədir. ABB komandası olaraq, həm ölkəmizdə, həm regionda nümunəvi bank olmağı, dünyanın ən qabaqcıl banklarının, şirkətlərinin təcrübələrini tətbiq etməyi hədəfləmişik.

Satış, müştəri əlaqələri və risk sahəsində 36 generativ və prediktiv süni intellekt modeli tətbiq edirik. Son bir il ərzində əməliyyatlar, klirinq və komplayns kimi arxa ofis işlərində 100-dən artıq prosesi RPA alətlərinin tətbiqi ilə robotlaşdırmağa nail olmuşuq. Bütün bu müasir texnologiyalar, sürətlə artan müştərilərimizə layiqli xidmət göstərməyimizə və səmərəli fəaliyyətimizə dəstək olur. Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə birbaşa müsbət maliyyə təsiri 25 milyon manat ətrafındadır, yüzlərlə əməkdaşımızın vaxtına qənaət edirik. ABB-də xərclərin gəlirlərə nisbəti əmsalı dünyanın qabaqcıl kommersiya banklarında olduğu kimi 40%-in altındadır.

- ABB-nin müştəri sayı və gəlirləri artsa da, xalis mənfəətində 2023-cü ilin nəticələri ilə müqayisədə bir qədər azalma var. Bu nə ilə bağlıdır?

- Bu, bir neçə istiqamətdə xərclərimizin artması, gələcəyə investisiyalarımızla əlaqəlidir. İlk növbədə, il ərzində artan 1.3 milyard manatlıq kredit portfelimizin maliyyələşdirilməsinə çəkilən faiz xərci və mümkün kredit risklərinə qarşı ehtiyatlanma xərcini qeyd etmək olar. Biz ötən il fiziki şəxs əmanətləri bazarında aktiv olduq. Yeni rəqəmsal əmanətimiz DigiDepozitin də gücü ilə əmanət portfelimizi 600 milyon manata yaxın artırdıq. Bundan əlavə, gəlirlərimizi müştərilərimizlə daha çox bölüşdük. Müxtəlif loyallıq proqramlarımız, o cümlədən Fayda Max və Mil proqramları vasitəsilə müştərilərimizə 40 milyon manatdan artıq fayda ötürdük. Müştərilərimizə daha yaxşı və etibarlı xidmət üçün yeni texnoloji həllərə və IT infrastruktura investisiyalarımız daim davam edir.

- ABB səhmdarlarını bu il də dividend gözləyirmi?

- ABB 6 ildir səhmdarlarına ardıcıl olaraq yüksək dividend ödəyən sağlam, dayanıqlı və mənfəətlə çalışan bankdır. Bu il ilk dəfə kütləvi emissiyadan sonra sayları 35 mindən artıq olan səhmdarlarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik. Bu, komandamız üçün ayrıca bir qürur mənbəyidir. Təsəvvür edin ki, fəaliyyətinizin nəticəsi onminlərlə ailənin, yüzminlərlə insanın həyatına müsbət toxunuş edir, birbaşa fayda verir.

Prudensial hesabatlara əsasən, 2024-cü il üzrə yüksək xalis mənfəət - 293 milyon manat qazanmışıq. Beynəlxalq mühasibat standartlarına əsasən isə ilkin hesablamalara görə, bir qədər daha artıq, təqribən 340-350 milyon manat xalis mənfəət proqnozlaşdırırıq. Bu göstəricilər səhmdarlarımıza ən azı 15% gəlirliliklə dividend ödənişlərinə imkan yaradır.

ABB menecmenti olaraq, qanunvericiliyə uyğun şəkildə, beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditorun rəyindən sonra, Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcəyik. Düşünürəm ki, bu proses ilin ikinci rübünün ortalarına qədər başa çatacaq və səhmdarlarımız dividend qazanclarını əldə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri