Icma.az
close
up
RU
Bu il inflyasiya nə qədər olacaq? Baş bankir açıqlayıb

Bu il inflyasiya nə qədər olacaq? Baş bankir açıqlayıb

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“İllik inflyasiyanın 6 faiz səviyyəsində formalaşacağı gözlənilir”

“Cari ilin oktyabrında 12 aylıq inflyasiya 5,9% təşkil edib. Ərzaq inflyasiyası 8,2%, qeyri-ərzaq mallarında qiymətlər 2,5% artmış, xidmətlər üzrə inflyasiya isə 5,6% səviyyəsində olub. İllik baza inflyasiyası isə 5% təşkil edib”. AYNA.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, cari ildə də inflyasiyanın 70%-dən çox hissəsi təklif, xüsusilə də xarici təklif amilləri hesabına formalaşıb. Bu da monetar siyasətlə inflyasiyaya reaksiya imkanlarını məhdudlaşdırır.

“Qiymətləndirmələrə görə, 2025-ci ilin oktyabr ayında illik inflyasiyada ticarət tərəfdaşlarındakı inflyasiya 3 faiz bəndi artıcı təsir göstərmişdir. Bu dövrdə nominal effektiv məzənnənin inflyasiyaya təsiri neytral olub. Lakin kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi inflyasiyaya 3,9 faiz bəndi artıcı təsir etmişdir” – deyə o qeyd edib.

Taleh Kazımov əlavə edib ki, 2025-ci ilin sonuna Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, illik inflyasiyanın 6% səviyyəsində formalaşacağı gözlənilir: "2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmiş, bu da qiymət sabitliyinə zəruri dəstək vermişdir. 

Tədiyyə balansının cari əməliyyat hesabının profisitdə qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləmişdir. 

Bu proseslərlə yanaşı, 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyillərini də gücləndirmişdir. 

Belə ki, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr nəticələrinə əsasən 28,5% səviyyəsinə enmişdir ki, bu da tarixi minimumdur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri