Icma.az
close
up
RU
Bu il keçid balları yüksələcək?

Bu il keçid balları yüksələcək?

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Ali təhsil müəssisələrinə qəbul üçün keçid ballarının yüksəlməsi gözlənilmir, bu il nəticələr təxminən keçən ilki səviyyəsindədir.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.
Onun sözlərinə görə, müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur:
“Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur.
Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik”.
DİM sədri vurğulayıb ki, ənənəvi seçimlər var:
“Amma bu ənənəvi seçimlər zamanla dəyişir. Son 10 ildə informasiya texnologiyalarına marağın necə artdığına diqqət edin. Bundan sonra da dəyişikliklər olacaq. Bu proses tədricən gedir. Bir il əvvəldən deyə bilmərik ki, hansısa ixtisas üzrə keçid balları aşağı düşəcək, yoxsa artacaq. Təbii ki, ola bilər ki, hansısa ixtisas bağlansın və ya plan yerləri azalsın. Bu halda keçid balları arta bilər. Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Amma hələ bununla bağlı yekun məlumat yoxdur”.
Abbaszadə əlavə edib ki, keçid ballarını formalaşdıran əsas amillərdən biri də abituriyentlərin bilik səviyyəsidir:
“Bu il nəticələr təxminən keçən ilin səviyyəsindədir. Ona görə də hansısa kəskin sıçrayışın və ya ciddi enişin olacağını əvvəlcədən söyləmək düzgün deyil. Biz ümumilikdə keçən ilki səviyyəni gözləyirik. Bununla belə, müəyyən dəyişikliklər ola bilər”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 İyun 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see143

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see142

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see141

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see140

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see139

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see138

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see138

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see137

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see137

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see137

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see136

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see135

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see135

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see134

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see130

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri