Icma.az
close
up
RU
Bu il malın mənşəyi barədə rəyin alınması üçün 492 müraciət təmin olunub

Bu il malın mənşəyi barədə rəyin alınması üçün 492 müraciət təmin olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində malın mənşəyi barədə rəyin alınması üçün 654 müraciət daxil olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bunlardan 492 müraciət təmin olunub.

“Malın mənşəyi barədə rəy” sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərarına əsasən, dövlət satınalmalarında iştirak zamanı yerli istehsalçılara dəstək məqsədilə tətbiq olunan 20 faizədək güzəştli düzəlişdən yararlanmaq məqsədilə verilir.

Malın mənşəyi barədə rəy sənədi dövlət satınalmalarında iştirak zamanı yerli istehsalçıların rəqabət imkanlarını gücləndirir və bazarda mövqelərini möhkəmləndirir. Belə ki, eyni satınalmada iştirak edən digər təchizatçıların qiymət təklifləri ilə müqayisədə, rəy sənədini təqdim edən təchizatçının yerli mənşəli məhsullarının qiymətinə satınalma komissiyası tərəfindən 20 faiz güzəştli düzəliş tətbiq edilir. Bu isə dövlət satınalmalarında yerli istehsalın təşviqinə xidmət edir.

Hüquqi və fiziki şəxslər “Malın mənşəyi barədə rəy” sənədini əldə etmək üçün ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinə (İMEM) ərizə ilə müraciət etməlidirlər. Keçirilən ekspertizanın nəticəsinə uyğun olaraq müraciət qəbul olunduğu tarixdən etibarən 5 iş günü ərzində sifarişçiyə malın mənşəyi barədə rəy fiziki formada İMEM-in inzibati binasında təqdim edilir.

Malın mənşəyi barədə rəy malın mənşə ölkəsini təsdiq edən sertifikatdan fərqləndirilməlidir. Belə ki, malın mənşəyi barədə rəy dövlət satınalmaları zamanı güzəştli düzəlişin tətbiq edilməsi məqsədilə yalnız yerli (Azərbaycan) mənşəli mallara verilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikat isə Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan bütün mallara (o cümlədən xarici mənşəli mallara) verilir.

Malın mənşəyi barədə mövcud rəy növbəti satınalmalar zamanı etibarlı sayılmır. Belə ki, fərqli tələblərlə hazırlanmış şərtlər toplusu ilə elan olunan satınalmalarda iştirak etmək istəyən təchizatçılar hər satınalma üçün yeni rəy sənədi almalıdır.

Satınalma zamanı güzəştli düzəlişin tətbiqi məqsədilə malların mənşəyi barədə rəyin verilməsi üzrə xidmət haqqının məbləği ödənişli əsaslarla bağlanan müqavilə ilə 250 manat müəyyən edilir və ödəniş yalnız nağdsız qaydada həyata keçirilir. Bu xidmət haqqı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müvafiq əmri ilə tənzimlənir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri