Icma.az
close
up
RU
Bu il özünüməşğulluğa cəlb olunanların sayı 15 minə yaxındır Bəs müraciətlər nə qədər olub?

Bu il özünüməşğulluğa cəlb olunanların sayı 15 minə yaxındır Bəs müraciətlər nə qədər olub?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Cari ilin ötən dövrü ərzində isə proqrama 15 minə yaxın şəxs cəlb edilib ki, onlardan 4600-dən çoxu kənd təsərrüfatı istiqaməti üzrədir. Ümumilikdə proqrama bütün regionlar üzrə maraq var”.
Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:
Nazirlik 4 mindən çox şəxsi özünüməşğulluğa cəlb etdi


Qeyd olunub ki, hazırda işsiz və işaxtaran şəxslərə proqram əsasında kənd təsərrüfatı üzrə 4, istehsal və xidmət sahələri üzrə isə 23 olmaqla ümumilikdə 27 özünüməşğulluq zərfi üzrə mal və materiallar formasında aktivlər təqdim edilir:
“2017-ci ildə ölkəmizdə özünüməşğulluq proqramının icrasına başlanıb və həmin illə müqayisədə proqrama cəlb olunan şəxslərin illik sayı 15 dəfəyədək artıb. Özünüməşğulluq proqramına cəlb olunanların sayı gələn il artıq 100 mini ötəcək. Proqram çərçivəsində mal və materiallar formasında aktivlər (o cümlədən mal-qara) proqram iştirakçısına o, yalnız bu aktivlərdən məmnun olduğunu bildirdikdə təqdim edilir.
Proqram iştirakçısı aktivlərdən razı olmadıqda aktivlər yeniləri ilə əvəzlənir. Vətəndaş razılıq əlaməti olaraq aktı imzaladıqdan sonra ona aktivlər verilir. Aktivlərin verilməsi prosesi zamanı onun bu aktivlərdən razı qaldığını bildirdiyi videoçəkiliş də aparılır. Qida Təhlükəsizliyi Agentliyinin aktı, heyvanların xəstə olmadığı barədə baytarlıq arayışları da, sertifikatları da vətəndaşa aktivlərlə birgə təqdim edilir”.
Agentlikdən o da bildirilib ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də zəmanət verilir və belə halda aktivlər 30 gün müddətində dəyişdirilir:
“Özünüməşğulluq proqramına cəlb edilənlərə aktivlərin verilməsi prosesini əks etdirən video və fotomateriallar, iştirakçıya aktivlərin təhvil verilməsinə dair Akt, verilmiş aktivlərin sayı, keyfiyyəti barədə bütün materiallar “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı iştirakçıları barədə məlumat” altbölməsində ictimaiyyətə açıqlanır.

Onu da bildirək ki, “Bu il və ötən il özünüməşğulluq proqramına cəlb olunmaq üçün quruma nə qədər müraciət olub” sualımıza Dövlət Məşğulluq Agentliyindən absurd cavab gəlib. Qurumdan bildirilib ki, sözügedən proqrama müraciətlərin sayı ilə bağlı onlarda heç bir məlumat yoxdur.


Qeyd edək ki, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz şəxslərin məşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarının artırılmasına önəmli dəstəkdir.  Proqrama müraciət zamanı şəhid ailəsinin üzvləri, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan şəxslər və s. həssas təbəqələrdən olanlara üstünlük verilir.
Alçina Amilqızı, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri