Icma.az
close
up
RU
Bu il vəfat edən JURNALİSTLƏR

Bu il vəfat edən JURNALİSTLƏR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

22 iyul Azərbaycan Milli Mətbuatının yarandığı gündür - onun 151 yaşı tamam olur. Adətən bu tarix jurnalistlərin peşə bayramı kimi qeyd olunur, uğurlar və yeni nailiyyətlər yada salınır. Ancaq 2026-cı ilin 22 iyulu həm də kədərli bir xatirə ilə də yadda qalır. Çünki bu ildə də Azərbaycan mətbuatının sıralarından bir neçə qələm sahibi əbədiyyətə qovuşub.
Onlar müxtəlif nəsilləri, fərqli redaksiyaları təmsil ediblər. Jurnalistika peşənin məsuliyyətini daşıyan həmin qələm sahibləri aramızda olmasalar da, yaddan çıxmayıb, unudulmayıblar.

Milli mətbuatımızın 151 illiyi münasibətilə onları da ehtiramla anmaq, keçdikləri peşə yolunu xatırlatmaq yerinə düşür.
Modern.az saytı 2026-cı ildə vəfat edən jurnalistləri bir daha xatırladır:

“Ədalət” qəzetinin parlament müxbiri Nicat Novruzoğlu (Rüstəmov) 6 mart 2026-cı il tarixində dünyasını dəyişib. 
Mərhum həmkarımızı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
N.Rüstəmov 1978-ci ildə Ağdam şəhərində anadan olmuşdu. O, uzun müddət idi ki, “Ədalət” qəzetində çalışırdı.
Mərhumun iki övladı - bir qızı, bir oğlu yadigar qalıb, hər ikisi məktəblidir.

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı Rəşad Baxşəliyev 27 mart 2026-cı ildə vəfat edib. Jurnalistin ölümünə ürək çatışmazlığı səbəb olub. O, 2025-ci ildə ağır ürək əməliyyatı keçirmişdi.
Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.
R.Baxşəliyev “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.
Həmkarımızın bir qızı, bir oğlu yadigar qalıb.

Əslən Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov (Əli Xasayoğlu) 4 mart 2026-cı ildə Almaniyada vəfat edib. Mərhumun 59 yaşı vardı. 
Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. O, 1990-cı illərin ortalarından 2010-cu ilədək Əli Xasayoğlu imzası ilə “Azərbaycan işıqları”, “Azərbaycan”, “Zaman”, "Xalq cəbhəsi" qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra ailəsilə birgə Almaniyaya köçüb və orada yaşamağa başlayıb.
Mərhum Almaniyada - Berlində dəfn olunub. Jurnalistin bir oğlu, bir qızı var.

“Qızıl qələm”, Həsən bəy Zərdabi mükafatları laureatı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatçısı, uzun illər Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş Həsənağa Murtuza oğlu Əliyev 20 mart 2026-cı ildə dünyasını dəyişib.
Ömrünün 76-cı ilində vəfat edən Həsənağa Əliyev bölgə mətbuatının inkişafına töhfələr verən qələm sahibi kimi tanınıb.
Həsənağa Əliyev 1 noyabr 1949-cu ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, bundan sonra rayon qəzetində korrektor, ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, redaktor müavini və məsul katib vəzifələrində çalışıb.

Tanınmış telejurnalist Ramiz Məşədihəsənli 2026-cı ilin 4 iyulunda qəfil ürək tutmasından haqqın dərgahına qovuşub.
68 yaşında həyatla vidalaşan həmkarımız uzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) müxtəlif layihələrin, sənədli filmlərin və verilişlərin müəllifi kimi yadda qalıb. O, vaxtilə AzTV-nin Almaniya, Mərkəzi Avropa, Qazaxıstan və Orta Asiyada təmsilçisi kimi fəaliyyət göstərib.
Ramiz Məşədihəsənlinin yaradıcılıq yolu təkcə televiziyadan ibarət olmayıb, eyni zamanda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətində, onun tarixinin işıqlandırılmasında və repertuarının zənginləşməsində mühüm xidmətlər göstərib, ölkənin bir sıra digər nüfuzlu media qurumları və özəl telekanalları ilə yaxından əməkdaşlıq edib.
R.Məşədihəsənli son illər Beynəlxalq TÜRKEL Media Holdingin baş redaktoru kimi fəaliyyəıt göstərirdir.
Ramiz Abbas oğlu Məşədihəsənli 15 may 1958-ci ildə Qərbi Azərbaycanda anadan olub.
O, Beynəlxalq TÜRKSOY mükafatının laureatı idi, Qazaxıstan Prezidentinin Fərmanı ilə iki dəfə medal və Fəxri Fərmanla təltif olunmuşdu.
Allah rəhmət eləsin!
 

Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri