Bu ilin altı ayında 800 ə yaxın əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada 800 nəfərə yaxın əcnəbinin Rusiya Federasiyası vətəndaşlığı ləğv olunub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Daxilili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ilin ilk 6 ayı ərzində 790 əcnəbi sonradan əldə etdiyi RF vətəndaşlığın məhrum edilib.
Qeyd edək ki, bu ilin avqustun 1-də Prezident Vladimir Putin Rusiya vətəndaşlığından məhrum edilməyə dair əsasların siyahısını genişləndirən qanunu imzalayıb. Qanuna görə, seksual xarakterli zorakılıq hərəkətləri törətməyə görə vətəndaşlıqdan məhrumetmə; İctimai çağırışlar, terrorçuluğun əsaslandırılması və ya təbliği; Rusiyanın təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə başqa dövlət, beynəlxalq və ya xarici təşkilatla gizli əməkdaşlıq; Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların və ya xarici dövlət orqanlarının qərarlarının həyata keçirilməsinə kömək; Düşmənə Rusiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş yardım; belə fəaliyyətlərin həyata keçirilməsi üçün ictimai çağırışlar; Nasist elementlərinin və ya simvollarının təbliği; Ölkənin ən mühüm informasiya infrastrukturuna qeyri-qanuni təsir.
Bundan başqa adam öldürmə, uşağa qarşı nalayiq hərəkətlər etmə, 12 yaşına çatmış, lakin 14 yaşına çatmamış uşaqla cinsi əlaqədə olma, yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə, yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə fahişəliyin təşkili, yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirlərini ehtiva edən materialların hazırlanması və yayılması, habelə yetkinlik yaşına çatmayandan pornoqrafik materialların hazırlanması məqsədilə istifadə edilməsi vətəndaşlığın ləğvi ilə nəticələnəcək.
Eyni zamanda, siyahıya qrup şəklində zorlama və ya xüsusi amansızlıqla və ya zöhrəvi xəstəliyə yoluxma nəticəsində cinsi xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsi cinsi xarakterli hərəkətlərə məcburetmə, mütəşəkkil dəstə tərəfindən internet vasitəsilə və ya yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayət törədənlər daxildir.
Ekstremist səbəblərdən və ya terrorçuluğa, yaxud təxribata bəraət qazandırmaq məqsədilə törədilmiş, qanunsuz miqrasiyanın təşkili və hər hansı digər cinayət Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsi üçün də əsas olacaq.


