Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bu ilin qaçılmaz riskləri: Azərbaycan üçün ehtimal olunan ssenarilər ARAŞDIRMA

Bu ilin qaçılmaz riskləri: Azərbaycan üçün ehtimal olunan ssenarilər ARAŞDIRMA

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

2025-ci il dünyada risklərin yeni bir mərhələyə keçidini ifadə edir. İqlim dəyişikliklərinin sürətlənməsi, təbii fəlakətlərin daha geniş coğrafiyaya yayılması, texnoloji inkişafla bağlı kiber risklər və iqtisadi qeyri-sabitlik fərdi və ictimai təhlükəsizliklə yanaşı, qlobal sığorta bazarının inkişafına təkan verir. Bu proseslər Azərbaycanda da öz əksini taparaq, təbii fəlakətlərdən avtonəqliyyat hadisələrinə, tibbi və həyati təhlükələrdən iqtisadi itkilərə qədər müxtəlif risklərin idarə olunmasında sığortanın əhəmiyyətini artırır.

“Report” bu il üçün ən vacib risk qrupları və onların sığorta vasitəsilə necə idarə oluna biləcəyini araşdırıb.

Mütəxəssislər qeyd edirlər ki, risklərin artan dinamikası fərdi və biznes səviyyəsində proaktiv yanaşma tələb edir. Bu kontekstdə Azərbaycan sığorta bazarının inkişafı və risklərin qarşısının alınması üçün təsirli mexanizmlərin tətbiqi xüsusi önəm kəsb edir.

Əmlaklara yönəlmiş katastrofik risklər

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev “Report”a bildirib ki, 2025-ci ildə əsas diqqət yetirilməli məsələlərdən biri əmlaklara yönəlmiş katastrofik risklərdir.

“Ötən illərin təcrübəsi göstərir ki, təbii fəlakətlər, məsələn, sel, subasması, yanğın və ya ehtiyatsızlıq nəticəsində baş verən hadisələr daşınmaz və daşınar əmlaka ciddi ziyan vurur. Əgər əmlak sığortalanmayıbsa, bu vəziyyət böyük maliyyə itkiləri ilə nəticələnir. Məsələn, 2024-cü ilin yanvar, aprel və oktyabr aylarında qeydə alınmış qeyri-sabit hava şəraitində baş verən sel və subasması hadisələrini misal gətirmək olar. Xüsusilə, oktyabr ayında normadan artıq yağan yağış nəticəsində sığortalı daşınmaz əmlaklara dəymiş zərərə görə 122 müraciət daxil olmuşdu”, - ASA rəhbəri bildirib.

E. Mirsalayev vurğulayıb ki, təbii fəlakətlər qaçılmazdır və 2025-ci ildə də bu risklər aktual olaraq qalacaq. Bu səbəbdən, onun fikrincə, vətəndaşlar “Daşınmaz əmlakın icbari sığortası” və “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri ilə əmlaklarını mütləq sığortalamalıdırlar.

Statistikaya görə, ötən ilin yanvar-noyabr aylarında “Daşınmaz əmlakın icbari sığortası” üzrə yığımlar bir il öncəki göstərici ilə müqayisədə 2,4 milyon manat, “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrə isə 4,1 milyon manat artıb. “Bu göstəricilər vətəndaşların bu növ sığortalara marağının artdığını və bu tendensiyanın davam edəcəyini göstərir”, - deyə E.Mirsalayev əlavə edib.

Avtonəqliyyat riskləri

O hesab edir ki, Azərbaycana hər il böyük sayda avtomobilin gətirilməsi və müxtəlif vaxtlarda qeyri-sabit hava şəraiti səbəbilə görmə məsafəsinin məhdudlaşması avtonəqliyyat risklərinin 2025-ci ildə də aktual olaraq qalacağını göstərir. Bu, sürücülər üçün qəza ehtimalını artırır və əlavə maliyyə xərcləri yarada bilər.

"Belə hallarda, avtonəqliyyat sahibləri iki əsas sığorta növünə diqqət yetirməlidirlər. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” – qəza nəticəsində üçüncü şəxslərə vurulan ziyanı təmin etmək üçün vacibdir. KASKO sığortası isə sürücünün öz avtomobilini zədələrdən və ya oğurluqdan qorumaq üçün tövsiyə olunur.

Statistik göstəricilər bu risklərin qaçılmaz olduğunu təsdiqləyir. Belə ki, ötən ilin yanvar-noyabr aylarında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə həyata keçirilmiş ödənişlər 2023-cü ilin analoji dövrü ilə müqayisədə 28,7 milyon manat, KASKO növü üzrə isə 2,6 milyon manat artıb.

Bu rəqəmlər sürücülərin sığorta məhsullarına marağının artdığını göstərir və sığorta vasitəsilə avtonəqliyyat risklərinin daha effektiv idarə olunmasının mümkün olduğunu bir daha təsdiqləyir", - E. Mirsalayev deyib.

Tibbi risklər

Mövsümi xəstəlikləri, bəzi hallarda rastlaşdığımız dövri epidemiyaları nəzərə alsaq, 2025-ci ildə tibbi risklərin də aktual olaraq qalacağını göstərir.

Onun fikrincə, bu cür risklərdən qorunmaq və səhiyyə xərclərini azaltmaq üçün “Könüllü tibbi sığorta” mühüm əhəmiyyət kəsb edir. Bu sığorta növü vətəndaşların gözlənilməz xəstəlik hallarında maliyyə yükünü yüngülləşdirərək, lazımi tibbi xidmətlərə daha asan çıxış imkanı yaradır.

Statistikaya əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında “Könüllü tibbi sığorta” üzrə edilən ödənişlər 88 milyon manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 milyon manat artım deməkdir. "Bu rəqəmlər tibbi sığorta məhsullarına olan marağın artdığını və risklərin qarşısının alınmasında mühüm rol oynadığını sübut edir", - ASA rəhbəri əlavə edib.

Həyati əhəmiyyətli risklər

Onun sözlərinə görə, həyati əhəmiyyətli risklər, xüsusən istehsalatda bədbəxt hadisələr və sağalmaz xəstəliklər fonunda, 2025-ci ildə də ciddi təhdid olaraq qalır. E. Mirsalayev bu risklərin təsirini minimuma endirmək üçün “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Əmək qabiliyyətinin sığortası” və “İstehsalatda bədbəxt hadisələrə qarşı icbari sığorta” kimi sığorta növlərindən istifadə edilməsini tövsiyə edir.

"Bu məhsullar riskləri idarə etmək üçün effektiv vasitələr təqdim edərək, həm fərdləri, həm də ailələrini gözlənilməz maliyyə yükündən qorumağa imkan yaradır", - o vurğulayıb.

E. Mirsalayev hesab edir ki, 2025-ci ilin gözlənilən risklərinə hazırlıq, sığorta məhsullarından səmərəli istifadə etməklə mümkün olur: "Təbiət hadisələri, nəqliyyat qəzaları, tibbi problemlər və həyati risklər kimi gözlənilməz halların təsirlərini azaltmaq üçün maarifləndirmə və sığorta bazarının inkişafı böyük önəm daşıyır".

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri