Bu ilin yeddi ayında pensiya ödənişlərinə yönəldilən vəsait AÇIQLANIB
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8.1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14.3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.
Bu ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu il pensiya ödənişlərinə yönəldilən vəsait açıqlanıb
14 Dekabr 2024 10:52
Bu ilin dörd ayında pensiya ödənişlərinə 2 milyard 361 milyon manat vəsait yönəldilib
16 May 2025 11:07
Bu ilin 7 ayında pensiya ödənişlərinə 4 milyard 142 milyon manat vəsait yönəldilib
12 Avqust 2025 10:54
İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib
14 İyun 2025 14:39
Bu il pensiya ödənişlərinə 6 milyard manata yaxın vəsait XƏRCLƏNİB FOTO
14 Dekabr 2024 11:52

