“Bu insanlar Azərbaycan xalqının şəhidlərinə olan ehtiramını təmsil edir” CƏLAL QURBANOV / FOTO
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu fotoda yer alan insanlar yalnız bir ailəni deyil, bütöv Azərbaycan xalqının şəhidlərinə olan ehtiramını təmsil edir. Anar Ələkbərov bu gün də Prezidentimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını ürəklə çatdıran, onların yanında olan, dövlətlə xalq arasında sarsılmaz bir körpüdür. O, sadəcə vəzifəsini yerinə yetirmir – o, şəhid analarının qəlbinə bir oğul kimi daxil olur”.
Hurriyyet.az xəbər verir ki, bunu “Fireland Group”un rəhbəri, AYB-nin üzvü, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov özünün “İnstagram” hesabında yazıb. O, daha sonra əlavə edib ki, bu gün Səmayə ananın – Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anasının üzündəki təbəssüm də məhz bu səmimiyyətin, bu diqqətin nəticəsidir.
“Polad Həşimov kimi qəhrəmanlarımız Vətənin zirvəsində əbədi yaşamaq üçün şəhid oldular. Onların anaları isə bu xalqın baş tacıdır. Bu müqəddəs anaları qorumaq bizim borcumuzdur!”, - deyə C.Qurbanov vurğulayıb.
Xatırladaq ki, bu gün – mayın 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər. Görüşdə 44 günlük müharibədəki şanlı Zəfərimiz, Vətən oğullarının qəhrəmanlığından danışılıb, qəhrəmanlar yetişdirən analara minnətdarlıq ifadə olunub.
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 May 2025 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















