Icma.az
close
up
RU
O, SADƏCƏ BİZİM ATAMIZ DEYİLDİ... Cəlal Qurbanov yazır / Foto

O, SADƏCƏ BİZİM ATAMIZ DEYİLDİ... Cəlal Qurbanov yazır / Foto

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…

Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi.

İllərlə ailəsinə, nəsil-nəcabətinə və onu tanıyan hər bir insana dayaq olmuş bir həyat nümunəsi.
Atamın son günləri nağıl kimi idi – Sevincin, kədərin və müqəddəsliyin iç-içə keçdiyi bir nağıl…

Son dəfə başımı sığalladın, saçlarımı oxşadın…Sənin əllərini doya-doya öpdüm… Və 21 may tarixində 77 yaşında haqqın dərgahına qovuşdun…

Amma əsl ayrılıq – bir neçə gün əvvəl başlamışdı…Mayın 14-də – can verən anlarında –Atam mələklərin gətirdiyi cənnət meyvələrindən yeyirdi. O meyvələrdən birini – almanı mənə uzatdı… Adımı çəkərək dedi: “Cəlal, bu da sənindir…”

Mən o almanı – o əmanəti – onun əlindən aldım. Əllərini sıxdım, sarıldım…“Atam, mənim sənə ehtiyacım var. Məni tək qoyma…” – dedim. O da əlimi sıxdı, özünə çəkdi, öpdü… və söz verdi ki, yanında olacağam…

Və o andan sonra – sanki möcüzə baş verdi… Atam geri döndü.

Həyata qayıtdı. Daha 6 gün bizimlə oldu – Sevgi ilə… Təbəssümlə… Rahatlıqla…

O son 6 gün – bizim üçün əbədiyyətin bir parçası oldu.

İstədiyi hər neməti öz əllərimizlə ona yedizdirdik. Anam, bacım, nəvələri…

Atamın dadına baxdığı hər tikə – onun üçün son sevinc, son şükür idi… Dünyanın ən xoşbəxt atası idi mənim atam – Çünki sevgi ilə yaşadı, sevgi ilə yola salındı..

Atamın sağlamlığına üç ilə yaxın böyük diqqət və qayğı göstərən – Bakı Sağlamlıq Mərkəzinin həkimi, ailəmizin doğması Zakir Quliyevə, son günlərində onun yanında doğma bacı, övlad qədər nəvazişlə dayanan

Rəna xanıma və Füruzə doktora, qızı kimi qayğısına qalan tibb bacısı Lalə xanıma
ailəmiz adından dərin təşəkkürümü bildirirəm.

Onların göstərdiyi şəfqət və peşəkarlıq –bizim üçün unudulmaz bir insani örnək oldu.

Onlara, atamın yanında keçirdikləri hər an üçün halallıq istəyib, onlara dualar arzulayıram.

Atamın ruhunu qidalandıran təkcə sevgi deyildi –Musiqi onun nəfəsinə güc, qəlbinə nur verirdi.

Dəyərli sənətkarımız Aybəniz Haşımova, onun “Bülbüllər” qrupu və atamın sevimli ifaçısı – övladı qədər çox sevdiyi Mirələm Mirələmov..Onların səsi atamın son nəfəsinə qədər ona can verirdi…

O müqəddəs günlərdə – Atamın ətrafında onun nəfəsi olan nəvələri var idi… Onlar babalarının əllərini tutdular, başlarını onun sinəsinə qoyub öpdülər, sarıldılar…

Babaları isə – göz yaşlarını gizlədə-gizlədə onlara ən saf, ən təmiz nəsihətlərini verdi:
“Xoşbəxt olun… Ədalətli olun… Mərhəmətli və vicdanlı olun… Başı dik yaşayın!” O, hətta son günündə belə bütün dostlarının adını çəkdi, onlarla halallaşdı…

Uzaqda olanlarla görüntülü danışdı…
Sevgi dolu, barışıq içində bir vida yaşadı…
Atam – bizim uca çinarımız…

Sənin varlığın bizə nəfəs, Nəsihətin – bizə yol, Baxışların – bizə güc idi…

İndi əllərini tutmasam da, nəfəsini içimdə daşıyıram… Səsini eşitməsəm də, sözlərin daim qulağımda səslənir… Səni itirsəm də – sevgin səndən sonra yaşayır!

Əmanət etdiyin sevgini, qayğını, vəsiyyətini – Bacımı qorumağı, Vicdanla yaşamağı, Sevgi ilə baxmağı son nəfəsimə qədər yaşadacam, atam…

Məkanın cənnət olsun, müdrik ağsaqqalımız – Cavanşir atam…

Sən yalnız bizim deyil, bütün nəsilin atası idin. Adınla, diqqətinlə, şəfqətinlə, varlığınla Qurbanovlar nəslinin ruhunu bəslədin.

Yaşıdlarından böyüyə də ağsaqqallıq etdin.. Bu gün o isti, titrək əllərindən möhkəm tutdum…

Amma səni bu dünyada saxlaya bilmədim… Bağışla məni, atam…

Sənin kişiliyindən gələn o sarsılmaz güc, nəsihətlərin və sevgili baxışların – içimdə yaşayır. Əllərini itirdim, amma nəfəsini içimdə daşıyıram…

Səsini eşitməyəcəm, amma sözlərin qulağımda əbədi səslənəcək…

Səni itirdim, atam… Amma sevgini – heç vaxt itirməyəcəyəm…

Atamın dəfn mərasimində və onun ardınca keçirilən üç mərasimdə bizimlə birgə olan, bu ağır günlərdə ailəmizə dayaq duran hər kəsə – Atamın dostlarına, onu sevən bütün yaxınlara, qonşulara, öz dostlarıma
və ümumilikdə ailəmizin bu sınaqlı günlərində yanımızda olan hər bir insana dərin təşəkkürümü bildirirəm.

Ən başda isə –şəhid analarına, atalarına, xanımlarına və ruhən bizimlə olan bütün şəhid ailələrinə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm.

Xüsusilə də uzaq rayonlardan gələn şəhid analarına –bu yola çıxıb bizim kədərimizi paylaşan, ruhumuza sarılan o fədakar, məğrur analara və ruhən bizimlə olan bütün şəhid ailələrinə təşəkkür edirəm.

Sizlərin varlığı bizim üçün sadəcə iştirak deyildi – bu bir təsəlli idi, bir güc idi, bir dayaq idi… Allah hər birinizdən razı olsun.

Cəlal QURBANOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see809

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see218

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see203

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see128

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri