Icma.az
close
up
RU
“Bu isə bütövlükdə rejimin özünün cinayətkar təbiətinin göstəricisidir” Cavanşir Feyziyev yazır...

“Bu isə bütövlükdə rejimin özünün cinayətkar təbiətinin göstəricisidir” Cavanşir Feyziyev yazır...

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yekaterinburqda baş verən hadisə Rusiyada azərbaycanlılara qarşı aparılan davamlı diskriminasiya siyasətinin daha bir təzahürüdür.

Daha öncə də çoxsaylı insan itkisi ilə nəticələnmiş AZAL- a məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması və Rusiya rəhbərliyi tərəfindən müvafiq addımların atılmaması hadisələrin qərəzli xarakter daşıdığını göstərir. Ukrayna cəbhəsində biabırçı şəkildə uğursuzluğa düçar olmuş Kremlin əsasən qeyri- rus kökənli vətəndaşlarını və hətta vətəndaşlıq statusu olmayan miqrantları məcburən Ukrayna cəbhəsinə göndərmək cəhdləri onu göstərir ki, Rusiya rəhbərliyi ölkəni qeyri- rus kökənli millətlərin nümayəndələrindən təmizləmək yolunu tutub. Qeyri- ruslara qarşı milli ayrı- seçkilik siyasətinin yürüdülməsi yeni hadisə deyil.

Rusiya ərazisində bu kimi hallar tarix boyu zaman- zaman baş verib. Getdikcə sayı azalan və azaldıqca da azğınlaşan rus şovinistləri öz millətinin deqradasiya səbəblərini özlərinin qəbilə düşüncəsındən ayrıla bilməməsində yox, qeyri- rus mənşəli xalqların Rusiya cəmiyyətində getdikcə daha çox nüfuz qazanmasında görürlər. Buradan doğan qəzəb Rusiya dövət qurumlarının digər millətlərin nümayəndələrinə qarşı münasibətində və davranışında özünü göstərir.

Müasir Rusiya hələ də bir neçə əsr əvvəl olduğu kimi başıpozuq bandit dəstələri tərəfindən idarə olunan bir ərazini xatırladır. Bu ölkədə baş verən hadisələr heç bir sivil qanunla tənzimlənmir. Vaxtaşırı miqrantlara qarşı törədilən zorakılıq halları, öz vətəndaşlarına qarşı tətbiq olunan amansız cəza üsulları onu göstərir ki, dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrdən təcrid edilmiş Rusiya rəhbərliyi öz nifrətini öz xalqına qarşı yönəltməkdən başqa bir yol tapmır. Artıq cəhənnəmə vasil olmuş SSRİ- ni “diriltmək” kimi absurd bir ideyanı özünə “milli ideya” kimi müəyyənləşdirmiş Rusiya rəhbərliyi beybəlxalq siyasi sistemin tamhüquqlu üzvündən terrorçu bir qrupa çevrilməkdədir. Hazırda Rusiyanın xarici və daxili siyasəti cinayətkar aləmə xas olan qayda-qanunlarla yürüdülür.

Yekaterinburqda baş verən son hadisələr göstərir ki, Rusiya hüquq- mühafizə orqanları cinayəti təqib etmək və aradan qaldırmaq əvəzinə özləri cinayət əməlləri törədirlər. Bu isə bütövlükdə rejimin özünün cinayətkar təbiətinin göstəricisidir. Cinayətkar dövlət isə əvvəl-axır məhvə məhkumdur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri