Bu ixtisası bitirənlər 6 ay hərbi xidmət keçsin KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Azərbaycanda müəllimlik peşəsini əsasən qızların seçməsi oğlanların bu sahəyə marağının artırılması məsələsini gündəmə gətirir. Gənclərin pedaqoji ixtisaslara yönəlməsi üçün hansı stimullaşdırıcı addımlar atıla bilər və hərbi xidmət müddətinin 6 aya endirilməsi bu sahədə gender balansının qorunmasına nə dərəcədə töhfə verər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, oğlanlar arasında müəllimlik peşəsinə maraq mövcuddur. Lakin son vaxtlar bu peşənin nüfuzuna mənfi təsir göstərən bəzi amillər gənclərin seçimlərinə təsirsiz ötüşmür.
“Ailəni dolandırmaq və maddi təminatı qarşılamaq məsuliyyəti daşıyan kişilər müəllimlik peşəsini seçərkən müəyyən tərəddüdlər yaşayırlar. Bu baxımdan, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və layiqli həyat şəraitinin təmin edilməsi vacibdir.
Müəllimlik tarixən əhəmiyyətli və nüfuzlu peşələrdən biri olub, bu gün də öz aktuallığını qoruyur. Oğlanların pedaqoji sahəyə marağını artırmaq üçün müəllim əməyinə verilən dəyər yüksəldilməli, onların maddi və sosial təminatına xüsusi diqqət yetirilməlidir”.
Ekspert hərbi xidmət müddətinin 6 aya endirilməsi təklifinə də münasibət bildirib. O, hesab edir ki, alternativ xidmət haqqında qanun qəbul olunarsa, müəllimlik peşəsini seçən gənclər üçün daha çevik mexanizmlər yaratmaq mümkün olar.
“Əgər bir şəxs müəllimlik sahəsini seçirsə, ona müəyyən möhlət verilməsi məsələsinə baxılar. Eyni zamanda, hərbi və ya alternativ xidmətin müəllimlik fəaliyyəti ilə paralel həyata keçirilməsi imkanları da nəzərdən keçirilə bilər. Sadəcə, bunun mexanizmi işlənib hazırlanmalıdır”, – deyə hərbi ekspert vurğulayıb.
Ü.Cəfərov əlavə edib ki, alternativ xidmət haqqında qanunun qəbul edilməsi bu kimi məsələlərin həllinə töhfə verə bilər. Onun sözlərinə görə, bu istiqamətdə irəli sürülən təkliflər ətraflı qiymətləndirilməli və konkret mexanizmlərlə dəstəklənməlidir.
Ekspert hesab edir ki, oğlanların müəllimlik peşəsinə cəlb olunması üçün təkcə hərbi xidmət müddətinin azaldılması deyil, həm də müəllimlərin sosial rifahının yaxşılaşdırılması və peşənin nüfuzunun artırılması əsas şərtlərdən biridir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 Oktyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















