Icma.az
close
up
RU
Bu ixtisaslar sıradan çıxır

Bu ixtisaslar sıradan çıxır

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Süni intellektin və avtomatlaşdırmanın sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir çox peşələr süni intellekt və robot texnologiyaları tərəfindən əvəzlənir. İxtisas seçimində bu amilləri nəzərə almaq tələbələrin gələcək karyerası üçün vacibdir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də bu yaxınlardakı çıxışında bəzi ixtisasların öz aktuallığını itirdiyini, yeni ixtisasların yaradılmasına ehtiyac olduğunu bildirmişdi. Mövzu ilə bağlı Teleqraf-a danışan təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, yalnız fiziki əməyə əsaslanan peşələrin gələcəyi yoxdur: “O peşələr ki, innovativ deyil, təkcə fiziki əməyə və təkrarçılığa əsaslanır, onların sonu yaxınlaşıb. Çünki süni intellekt və robotlar bu cür işləri daha səmərəli şəkildə yerinə yetirə bilir. Məsələn, mühasibat sahəsində sadəcə hesablama aparan, başqa əlavə dəyər yaratmayan mütəxəssislər işlərini itirə bilərlər. Eyni hal sadəcə mətni tərcümə edən tərcüməçilərə də aiddir. Lakin bu o demək deyil ki, süni intellekt bütün sahələri tam əvəz edəcək. Sadəcə öz sahəsində innovasiya gətirə bilməyən, fərqlənməyən insanlar üçün iş imkanları azalacaq.”

Ekspert qeyd edib ki, ixtisas seçərkən davamlı inkişaf edən sahələrə yönəlmək lazımdır: “Mühəndislik, memarlıq, kompüter mühəndisliyi kimi sahələr hər zaman inkişaf edir. Humanitar sahələrdən isə psixologiya, sosiologiya kimi insana yönəlmiş ixtisaslar müəyyən qədər önəmini qoruya bilər. Çünki texnologiya nə qədər inkişaf etsə də, insan faktorunu tam əvəz edə bilməz.”

Əmək bazarında ən çox hansı sahələr risk altındadır?

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, avtomatlaşdırma və süni intellekt bəzi peşələrin tələbatını azaldacaq, bəzilərini isə daha perspektivli edəcək: “Beynəlxalq Əmək Təşkilatının və Dünya İqtisadi Forumunun hesabatlarına görə, 2030-cu ilə qədər avtomatlaşdırma dünya üzrə təxminən 85 milyon iş yerinin itirilməsinə səbəb olacaq. Bunun əvəzində isə 97 milyon yeni iş yeri yaradılacaq. Yəni iş yerləri yox olmayacaq, sadəcə transformasiya ediləcək. Əsas məsələ yeni bacarıqlara sahib olmaqdır.”

O, xüsusilə aşağıdakı sahələrin risk altında olduğunu vurğulayıb:

Mühasibat və maliyyə – Süni intellekt artıq maliyyə hesabatlarını analiz edir və vergi planlamasını avtomatlaşdırır.

Kassir və müştəri xidmətləri – Rəqəmsal bankçılıq və AI əsaslı çatbotlar bu sahədə çalışanların sayını azaldır.

Ənənəvi jurnalistika – Süni intellekt məqalələr yaza, xəbərləri avtomatik analiz edə bilir.

Sənaye və istehsalat – Zavodlarda insan əməyini əvəz edən robot texnologiyalarının tətbiqi genişlənir.

Hüquq məsləhətçiliyi – Süni intellekt müqavilələri analiz edə və hüquqi məsləhətlər verə bilir.

Gələcəyin perspektivli sahələri hansılardır?

Ekspertə görə, yeni dövrdə tələbat duyulan bacarıqlar fərqli olacaq: “Gələcəkdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, bərpa olunan enerji, biotexnologiya, tibbi informatika və robototexnika sahələrində mütəxəssislərə daha çox tələbat olacaq. Məsələn, İsveç və Almaniya kimi ölkələr bərpa olunan enerji texnologiyalarına ciddi investisiyalar qoyur və bu sahədə mütəxəssislərə böyük ehtiyac var”.

Kamran Əsədov universitetlərin əmək bazarının tələblərinə uyğunlaşmasını vacib hesab edir:

“Təkcə nəzəri biliklər kifayət etmir. Universitetlər interdisiplinar proqramlar yaratmalı, tələbələrə həm texniki, həm də sosial bacarıqlar qazandırmalıdırlar. Mühəndislik oxuyanlar biznes biliklərinə də sahib olmalı, hüquqşanaslıqda oxuyan tələbələri texnologiya hüququ sahəsində də ixtisaslaşmalıdırlar. Əks halda, əmək bazarında rəqabətə davam gətirmək çətin olacaq.”

Ekspertin fikrincə, müasir dövrdə tək bir ixtisasa sahib olmaq yetərli deyil:

“İnsanlar ömür boyu yeni bacarıqlar öyrənməli və daim yenilənməlidirlər. Artıq Google, Microsoft və Tesla kimi şirkətlər işə qəbul zamanı yalnız universitet diplomuna yox, praktiki bacarıqlara və öyrənmə qabiliyyətinə üstünlük verirlər.

Ona görə də tələbələr tənqidi düşünmə, analitik təhlil, rəqəmsal savadlılıq və adaptasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Kim bu bacarıqlara yiyələnsə, o, gələcəyin əmək bazarında uğur qazanacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri