Hindistan Türkiyə şirkətləri ilə müqavilələri ləğv etdi Yeni Dehli düşmənçilik yolu tutdu
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Hindistanın ən böyük hava yolu şirkəti Air India donanmasında olan Boeing 777 təyyarələrinə texniki xidmət göstərən türk şirkəti Turkish Technic ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, məlumatı NDTV-də Air India-nın baş direktoru Kempbell Uilson açıqlayıb.
Vilson “Turkish Technic”lə müqavilənin ləğvini təsdiqləyib: "Bu formada biznesin davam etdirilməsi ilə bağlı narahatlıqlar yaranarsa, biz alternativlər tapacağıq. Biz ictimai rəyə hörmət etmək istəyirik".
Bundan əvvəl Hindistanda Yeni Dehli və Mumbay da daxil olmaqla doqquz böyük hava limanında yerüstü xidmətlər göstərən Türkiyənin Celebi Aviation şirkətinin təhlükəsizlik lisenziyası ləğv edilib. Eyni zamanda Hindistanın “İndiGo” aviadaşıyıcısına üç ay ərzində Türk Hava Yollarından təyyarələrin icarəyə götürülməsini dayandırmaq tapşırılıb.
Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi bir müddət əvvəl açıqlayıb ki, ölkəsi Pakistana qarşı qondarma iddialarla başladılan “Sindoor” əməliyyatı zamanı Türkiyədən Pakistana diplomatik və hərbi yardım göstərilməsi faktını nəzərə alıb. Hindistan hökumət mənbələri NDTV-yə bildiriblər ki, Türkiyə dost ölkə olaraq qalmasına baxmayaraq, Pakistana davamlı dəstəyi Hindistanın onunla əlaqələrinə, o cümlədən ölkədəki türk şirkətlərinin fəaliyyətinə təsir göstərə bilər.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 İyun 2025 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















