Icma.az
close
up
RU
Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız Ən yüksək və az maaşlı sahələr

Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız Ən yüksək və az maaşlı sahələr

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Ali məktəblərə ixtisas seçiminin yekunlaşmasına sayılı günlər qalıb. Demək olar ki, hər gün sosial şəbəkələrdə valideynlərin, abituriyentlərin seçimlərini paylaşaraq, insanlardan “Necə seçilib? Qəbul şansım var? Kəsilmərəm ki?” suallarına cavab istəyirlər. Baxanda görürsən ki, ixtisasların çoxu sadəcə “qəbul olum”,-deyə seçilib. O sahələrdə iş imkanı isə çox zəifdir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında ixtisas qrupları üzrə maaşı və tələbatı yüksək, həmçinin aşağı olan ixtisaslar barədə danışıb.

“Bir çox abituriyent yüksək bal toplasa da, ixtisas seçimindən sonra peşman olur. Onların ya iş sahəsində gözləntiləri qarşılanmır, ya da ümumiyyətlə iş tapmırlar.

I ixtisas qrupunda informasiya texnologiyaları, təbiət elmləri, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarına tələbat çox yüksəkdir. Bu sahələrdə maaş yüksələn və artan dinamika ilə irəliləyir. Həmçinin dövlət və özəl sektorlarda iş tapmaq asandır, qlobal sahələrə çıxış imkanları var. Evdə oturaraq xarici şirkətlərə hər hansısa proqram yazmaqla da, maliyyə əldə etmək mümkündür.

Həmçinin bu ixtisas qrupundakı mühəndislik sahələrinə daxil olan elektronika, energetika və mexanika da tələbatlı ixtisaslardır. Burada maaş ortadan yuxarı doğru irəliləyir. Sahəsinin mütəxəssisi olanlar qətiyyən işsiz qalmırlar. Bunlardan fərqli olaraq neft-qaz mühəndisliyinə artıq əvvəlki tələbat yoxdur. Kimya mühəndisliyi isə məhz akademik yöndə çalışmaq istəyənlər üçün idealdır.

II ixtisas qrupunda isə iqtisadiyyat və idarəetmə ixtisaslarının kadrlarına ehtiyac çoxdur. Biznesin idarəedilməsi, rəqəmsal marketinq, iqtisadiyyat, maliyyə sahələrinə tələbat var, lakin burada diplom yox, əsas şərt praktiki bacarıqdır. Əmək haqqı bağlanğıc üçün orta, zamanla isə yüksələndir. Bu qrupdakı menecment ixtisası aşağı tələbatlıdır, həmçinin bu sahədə işləmək üçün mütləq ixtisaslaşma lazımdır. Dövlət və bələdiyyə idarəedilməsində isə iş tapmaq çətindir.

III ixtisas qrupunda hüquqşünaslığa yüksək bilik tələb olunur, tələbat isə həmişə yüksəkdir, lakin rəqabət olduqca çoxdur. Dövlət sektorunda çalışmaq çətindir, əlavə imtahan və praktika tələb olunur.

Filologiya az gəlirli sahədir. Tarix, kitabxanaçılıq, fəlsəfə kimi ixtisaslara tələbat çox aşağıdır, iş tapmaq demək olar ki, mümkünsüzdür. Vakansiyalar üzrə maaşlar əlverişli deyil. Bu ixtisaslara həqiqi maraq yoxdursa, yalnız bala uyğun seçim düzgün deyil.

IV ixtisas qrupunda tibb, stomatologiya, əczaçılıq ixtisaslarına tələbat çox yüksəkdir, amma uzunmüddətli və çətin təhsil yolu var. Maaş yaxşı olsa da, dövlət müəssisələrində bir qədər aşağıdır. Bu ixtisasları bitirib, özəl klinikalarda işləmək daha məqsədəuyğundur. Bu qrupda biologiya, kimya kimi ixtisaslarda isə tələbat zəifdir.

Ümumiyyətlə, hansı ixtisas qrupu olmasından asılı olmayaraq, seçim edərkən diploma yox, bacarığa önəm vermək lazımdır. İxtisasın adına yox, gələcəkdə hansı iş imkanları verə biləcəyinə fikir vermək lazımdır. Ən yaxşı ixtisas şəxsin maraqlarına uyğun seçiləndir, amma bu rahatdır deyə yox, real tələbat və gəlir imkanlarına görə olmalıdır”,-deyə ekspert fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri