Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Bu kənddəki köhnə evlərə varlılar böyük pullar verirlər

Bu kənddəki köhnə evlərə varlılar böyük pullar verirlər

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Draqor zəngin tarixə malik kiçik, mənzərəli əyalətdir. Tez-tez “balıqçılıq kəndi” adlandırılır. Kəndin adı “qayıqları sahilə çəkmək” anlamı verir. Kopenhagen yaxınlığında “gizlənmiş yer”də deyirlər bu kəndə.

Ölkə.az xəbər verir ki, Kopenhagen hava limanından cəmi 12 km-lik məsafədə yerləşir. Kəndi paytaxtla dəmiryolu da birləşdirir. Turizm agentlikləri kəndə günlük 200 avroya (adambaşı 25 avro) qrup turları təşkil edirlər.

12-ci əsrdə əsası qoyulan balıqçı kəndi

Draqor 12-ci əsrdə qurulub və sürətlə balıqçılıq limanına çevrilib. Kənd zamanla ölkənin ən böyük balıqçılıq donanmalarından birinə, həmçinin balıqların duzlanması və emalı üçün bazaya sahib olub. Vikinqlər bu əyalətdə balıqçılıqla məşğul olublar.

İkinci Dünya müharibəsi zamanı Draqor Danimarka yəhudilərinin Oresund boğazından İsveçə daşınaraq xilas edilməsində mühüm rol oynayıb. Yerli əhali sakitcə, qayıqla onların bir çoxunu İsveçə daşımağı bacarıb. Kənddə İkinci Dünya müharibəsi illərində yəhudilərin xilasına həsr olunmuş abidə yer alıb.

Draqorun füsunkar limanı bu gün də balıqçı gəmilərinin və qayıqlarının lövbər yeridir. Hətta Parisin Luvr Muzeyində Draqor Limanına aid rəsm nümayiş olunur.

Bu gün Draqor “ən xoşbəxt danimarkalılar”ın yaşadığı yer kimi tanınır. Burada çox yaxşı qorunan tarixi binalar var. Kəndin köhnə hissəsi ənənəvi Danimarka üslubunda tikilmiş sarı boyalı evləri, qırmızı kirəmit və samanlı damları, daş döşənmiş küçələri olan xiyabanların yığcam, mənzərəli labirintidir. Bu tikililərin çoxunun yüz illərlə yaşı var. Evlərin demək olar ki, hamısı köhnədir - 1700-1800-cü illərdən qalıb və onlardan 100-dən çoxu dövlət mühafizəsindədir. Kirəmitli və ya samanlı dam evləri, mənzərəli daş küçələri, ətrafdakı yaşıl tarlaları, çəmənlikləri və meşələri ilə bütün kənd mühiti valehedicidir. Eyni zamanda, limanı, iş həyatı və əyləncə məkanları ilə müasir bir mərkəzdir. Evlərin qarşısında, balaca həyətlərdə, pəncərələrdə qoyulan balıq, su pərisi, qaz-ördək, yelkənli qayıq və s. fiqurlar Draqorun balıqçı kəndi olduğunu xatırladır.

Dar, labirint küçələrdə dolaşdıqca yerli sakinlərin həyatına daha yaxından tamaşa etmək olur. Bəzi evlərin qarşısındakı skamyalarda insanlar geyinmədikləri ayaqqabı, paltar və s. əşyaları qoyublar ki, ehtiyacı olanlar götürsün. Draqorun digər hissələrində kiçik yerli mağazaları ziyarət etmək maraqlıdır. Balaca dükanlarda kəndin yerli məhsulları və sənətkarların əl işləri satılır. Qiymətlər bütün Danimarkadakı kimi bahadır.

Öz ənənələri olan kənd

Draqorun əhalisi orta əsrlərin sonlarından bəri durmadan artıb. 16-cı əsrdə əyalətə dəvət olunan holland fermerlərin təcrübəsi çox faydalı olub, onların nəsilləri hələ də orada yaşayırlar.

Yeni yarananda qəsəbədə yalnız 24 ailə yaşayıb. Onlar kral ailəsini məhsulla təmin etmək üçün dəvət olunublar. Beləcə qəsəbədə təsərrüfatçılığın da əsası qoyulub. Bu gün də Draqor Niderland kəndlərini xatırladan memarlığına görə tez-tez “Danimarkada Niderlandın bir parçası” adlanır. Zamanla daxili bölgələrdəki holland fermerləri ilə sahildəki danimarkalı balıqçılar və dənizçilər arasında gərginlik yaranıb.

Hazırkı əhalinin 20%-i yaxınlıqdakı Kopenhagen Kastrup Hava Limanında işləyir. Bu gün dəniz turizmi, istirahət məqsədli balıqçılıq və yaxtaçılıq mərkəzidir. 

Yerli kilsə 1885-ci ildə, o dövrə xas olan neo-qotik üslubda tikilib. Draqor muzeyində əyalətin yarandığı gündən bəri tarixini əks etdirən eksponatlar nümayiş olunur.

Dincliyin, sakitliyin və hüzurun mərkəzi

Yavaş-yavaş sahil boyu irəliləyirəm. Dənizin və yaşıllığın qoxusunu hiss edə-edə balıqçıların torlarını yığmalarına tamaşa edirəm. Sahil boyu qaçan və itləri ilə gəzən insanlara rast gəlirəm. Gülümsəyib məni Danimarka dilində salamlayırlar.

“Draqor öz ənənələri olan yerdir. Bu qəsəbədə insanların çoxu bir-birini tanıyır. Yerlilər Draqora çox əhəmiyyət verir. Bir çox ailələr burada bir neçə nəsildir yaşayır, o cümlədən mənim ailəm”, - deyə kofe içdiyim kafenin yaşlı sahibəsi danışır: “Bura fərqli bir yerdir. İnsanları balıqçılıq və təsərrüfatla məşğuldurlar.

Bizim illik karusel bazarı, limanda illik şənlik, həmçinin qəsəbə meydanında Milad ağacının işıqlandırılması kimi gözəl ənənələrimiz var. İstirahət vaxtlarında insanlar taxta çəlləyin ətrafında içib sərxoş olur və mahnı oxuyurlar. Burada insanları siyasət maraqlandırmır. Kəndin ictimai həyatı xüsusidir. Mən sizə Draqora gəlməyinizi və ömrünüzün qalan hissəsini burada keçirməyinizi tövsiyə edirəm, peşman olmayacaqsınız...”

Maraqlıdır ki, bu balaca qəsəbənin A2 formatında “Dragor Nyt” adlı 16 səhifəlik rəngli qəzeti də nəşr olunur. Kafelərdə oturanların əlində, dükanların qarşısında, evlərin poçt qutusunda qəzeti görmək olur.

Hazırda Danimarkada ən bahalı evlər Draqordadır. Bu qəsəbə dincliyin, sakitliyin və hüzurun mərkəzi kimi xüsusən imkanlı insanları cəlb edir.

Orta əsr mirvarisi

Axşamüstü Draqordan ayrılıram. Amma ürəyimdə yaşlı kafe sahibəsinin dediyi kimi həqiqətən bu yerdə qalmaq, bir müddət bu balaca evlərdən birində yaşamaq, səhər bir fincan qəhvə ilə güllü, dekorlu balkona çıxmaq, sahil boyu yerimək, balaca qayıqlara, dənizə tələsən balıqçılara baxmaq, yerli sakinlərin həyatına tamaşa etmək istəyi qalır. Draqor yaddaşımda Kopenhagenin yanında kiçik, bir orta əsr mirvarisi kimi qalır. (Kaspi qəzeti )

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyul 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri