Bu kəndin suyunu içən həkim olur Türkiyədə möcüzəli diyar FOTO
News24 saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Sivas şəhərində yerləşən Kolluca kəndi yetişdirdiyi həkimlərlə diqqət çəkir.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, şəhər mərkəzindən 19 kilometr aralıda yerləşən kənddə təxminən 350 nəfər yaşayır. Onlardan 130 nəfəri isə həkimdir.
Belə ki, möcüzəli diyar kimi tanınan Kollucada bulaq suyunu içən şəxslər nədənsə bu peşəyə yiyələnirlər. 50 il əvvəl anasının istəyi ilə həkim olan Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Cahit Gümüşerdən sonra dövrün gəncləri bir-bir tibb fakültəsinə qəbul olurlar.
Kolluca kəndinin bu xüsusiyyətini eşidənlər diyara axın edir, sözügedən bulaq suyundan dadırlar.
Yerli sakin Şinasi Kumru mətbuata açıqlamasında bildirib ki, kənd savadlı həkimləri ilə məşhurdur:
"Biz həkimlərimizlə məşhur kəndik. 130 həkimimiz var. Hər il 1-2 tələbəmiz Tibb fakültəsinə daxil olur. Təxminən 350-yə yaxın əhalimiz var. Bizim kənddən su istəyirlər. Getdiyim hər yerdə deyirlər ki, su gətirin, uşaqlarımız içib həkim olsun. Kənddə hər ailədən 4-5 nəfər həkim var. Bəzi həkimlər də gəlib burada su içirlər, əl-üzlərini yuyurlar".

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Aprel 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















