Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Bu kitab, qadağan edildi Ədəbi mühit ayağa qalxdı

Bu kitab, qadağan edildi Ədəbi mühit ayağa qalxdı

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və Təhsil Nazirliyinin Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabını məktəb kitabxanalarına qəbul etməməsi ciddi narazılıq yaradıb. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu qərarı gender baxımından ədalətsiz adlandırır və kitab seçimi, Dövlət vəsaitinin xərclənməsi, eləcə də nəşriyyatların seçim meyarları ilə bağlı Nazirlikdən şəffaf açıqlama tələb edir. O bildirir ki, prosesin qapalı aparılması həm kitab siyasətində, həm də gender yanaşmasında suallar doğurur.

Əgər eyni məzmunlu bir kitab “yeniyetmə oğlanlar üçün” olsaydı, sizcə qərar eyni olardımı? yoxsa, bu fərq gender bərabərliyi baxımından nəyi üzə çıxarır?

Mövzu ilə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan qələm adamları açıqlama verib:

Kitabın tərcüməçisi Sevil Gültən

Bu kitabı mən tərcümə etmişəm. Mən o kitabı təkcə qızlara aid etmirəm. Hər kəs dost qazanmaq üçün kitabdakı üsullardan istifadə edə bilərlər. Təklif edirəm ki, o kitabı övladlarınıza oxuyasınız. Misal üçün kitabda qeyd olunur ki, dostunuz sizin ad gününüzə qızıl gül alır. Siz isə qızıl gülü xoşlamırsınız. Ad günündə, başqa adamların yanında bəyənmədiyiniz hədiyyəni dostun üzünə çırpmayın. Dostunuzu qucaqlayıb deyin ki, “necə gözəldir, mən qızıl gülü xoşlamırdım, sən Bu gülü mənə almısan deyə, bundan sonra xoşlayacağam”. Kitab, qızların oğlanların ümumi tərbiyəsi ilə bağlıdır. Şəxsən mən bu kitabı oğlanlara da aid edirəm. Bilmirəm, niyə nazirlik kitabı qadağan edib. Hətta, 25-30 yaşında qızlar, oğlanlar da bu kitabı oxuyub nəticə çıxara bilər. Kitab ümumiyyətlə, insanlar üçündür. Mən həmin kitabı öz övladlarıma, qohumlarıma da hədiyyə etmişəm.

Rasim Qaraca

Bu sualla bağlı deyəcəyim bir söz yoxdur, onu bilirəm ki Təhsil Nazirliyində bu işlər şəffaf aparılmır, tanışlıq, tapşırmaq və başqa bilinməyən səbəblər nəşriyyatlardan kitab alımlarında ciddi rol oynayır. Təhsil Nazirliyinə göndərdiyim 100 adda siyahıdan heç birini də almayıblar, başdansovdu bir cavab yazıblar. Buna görə də bu cür dövlət qurumlarında obyektivliyin olduğuna inanmıram.

Günel Natiq

Azərbaycanda qızların davranış və münasibətlər mövzusunda maariflənməsi hələ də stereotiplərin təsiri altında qiymətləndirilir. Ona görə də eyni məzmunlu bir kitab oğlanlar üçün olsaydı, çox güman, qadağa olunmazdı. Bu onu göstərir ki, cəmiyyət qızların üzərində daha artıq nəzarətə meyllidir. Halbuki düzgün ünsiyyət və özünüifadə həm qızlar, həm də oğlanlar üçün eyni dərəcədə vacibdir. Əgər Təhsil Nazirliyi belə bir kitabı qadağan edirsə, deməli, qadınların sosial inkişafına yanaşmada hələ də köhnə stereotiplər qalır.

Aqşin Yenisey

Kitabı oxumamışam, ona görə bir söz deyə bilmərəm. Bu gün Qərbdə cinsi oriyentasiyanı aşındırmaq üçün ciddi təbliğat gedir. Bundan ötrü filmlərə, kitablara, musiqi kliplərinə ciddi pullar ayrılır. Bu cür məzmunların təbliği gender bərabərliyi, qadın azadlığı və s. başlıqlar altında aparılır. Dediyiniz kitabın məzmunundan xəbərsiz olduğum üçün konkret bir söz deyə bilmərəm.

Bircə Xanım

Mən D. Karneginin “Dostu necə qazanmalı” kitabını oxumuşam. O kitab mənim və oğlumun stolüstü kitabımızdı.

Amma mən Karneginin sırf qızlar üçün belə kitab yazdığını bilmirəm, o kitaba heç rast gəlməmişəm.
Onun içində yazılanlardan heç xəbərim yoxdu.
Ona görə də bu barədə nəsə deyə bilmərəm.
Düşünürəm ki, Karnegi o kitabı öz ölkəsinin qızları üçün yazıb, elə buna görə də bizim Təhsil Nazirliyi kitabın yayımını məqbul görmür.

Bizim məktəbli qızlarımız üçün öz alimlərimiz daha mükəmməl bir kitab yaza bilərlər.

Rüstəm Mirzoyev

Mən də eyni düşünürəm ki, qərar ədalətsizdi. Ən azından müasir və gələcək nəsillər gender mövzuları barədə daha maarifli olmalıdır. Üstəlik, prosesin qapalı olması da özündə bir sual yaradır.

Fəridə

Nazirlik kitabxanalar üçün kitabları hansı kriteriyalarla seçir, mənə də maraqlıdır, amma bunun gender məsələsi ilə əlaqəli olduğunu düşünmürəm.
Açığı, həmin kitabı oxumamışam, amma kitabın adı, fikrimcə yetəri qədər informasiya ötürür: Dost qazanmaq, insanlara təsir etmək pis şey deyil ki.
Kitabın adı isə aydındır ki, məzmunla nə qədər bağlı olsa da, sırf diqqətə, reklama hesablanmış addır ki, bu kateqoriyadan olan kitablar üçün bu normaldır.
Şahbaz bəyin qaldırdığı problemdə daha ciddi nüanslar var. Məsələni gender tərəfə çəkib bəsitləşdirməyə dəyməyəcək qədər.

Ayxan Ayvaz

Bu hadisəyə ancaq təəssüf etmək olar. Birincisi qadınlara qarşı olduğu açıq görünür. İkincisi isə artıq kitabları qadağan edəcəyimiz dövr deyil. Çünki dünya əlçatandır. Bu kitabların PDF versiyaları, Amazon-da olan nümunələri var. Bir yeniyetmə əgər hansısa kitabın qadağan olduğunu bilsə, əksinə, daha çox onda maraq oyadıb kitabı oxumağına təşviq edəcək. Şahbaz bəy demiş, bu kitab satışına mane olmağa bənzəyir. Qanun nəşriyyatında çap olunubsa, birbaşa bu nəşriyyata təsir var burada. SSRİ vaxtı “1984” romanı qadağan edilmişdi. SSRİ qapalı bir ölkə idi. Heç kim gedib o kitabı tapa bilməzdi. Ancaq “samizdat” nəşrlər olsa, tapmaq olardı. İndi qadağa effektiv deyil. Əgər düşünürlərsə, bunu qadağan etməklə hər hansı bir müsbət nəticə əldə edəcəklər, yanılırlar. Təhsil Nazirliyi bu cür qadağalardansa, əksinə daha azad bir mühit yaratmalıdır. Çünki azad mühit yaradanda, insanlar elmə daha çox fayda verə bilərlər. Və uşaqlar daha çox elmlə, ədəbiyyatla maraqlana bilərlər. Nazirliyin işi qadağan etmək yox, kitabı təşviq etməlidir. Valideynləri belə, kitab almağa sövq etməlidir. Nazirlik özləri kitab alıb hədiyyə etməlidir. Biz nazirlikdən bu cür, effektiv yollara əl atmağını gözləyirik.

Şəhanə Müşfiq

Məncə, eyni məzmunlu kitab “yeniyetmə oğlanlar üçün” olsaydı, qərarın bu qədər sərt və qəfil verilməsi çox ehtimal ki, eyni olmazdı. Burada məsələ bir kitabla bitmir. Cəmiyyət olaraq qız uşaqlarına yönəlmiş məsləhət, psixoloji dəstək, sosial bacarıqlar kimi mövzulara daha həssas, bəzən də stereotipik reaksiyalar veririk. Təəssüf ki, qızların davranışının “tənzimlənməsi” daha çox nəzarət altına alınır. Oğlanlarda isə vəziyyət eyni deyil. Ta əzəldən subyekt oğlan olanda ictimai baxış daha yumşaq, daha “normal” qəbul edilir.
Buradakı əsas problem gender bərabərliyinin mahiyyətində duran sualdır: niyə qız uşaqları üçün olan bir kitab daha tez hədəfə çevrilir? Nazirliyin qərarında da məhz bu qeyri-bərabər yanaşma hiss olunur. Şəffaflıq tələb olunması da boşuna deyil. Çünki kitabın məzmunundan çox, ona münasibətdəki ikili standart narazılıq yaradır.

Şərif Ağayar

Məncə, yeniyetmə oğlanlar üçün olsaydı, qadağan olunmazdı. Bu qərar sadəcə təəssüf doğurur. Təhsil Nazirliyi digər sahələrdə ortaya çıxan bu cür geriçi düşüncəyə qarşı çıxmaq əvəzinə, özü belə bir addım atır. Əminəm, bu qərarı verənlər adı gedən dövlət orqanında işləsələr də təhsil sahəsinin adamları deyillər. Çünki iki-üç normal kitab oxuyan, beş-altı film-tamaşaya baxan heç bir modern insan belə düşünə bilməz.

Sara İbrahim

Təhsil Nazirliyinin niyə belə qərar verməsinin səbəbini bilmirik. Açıqlama verilsəydi, bu qədər narazılığa, müzakirələrə səbəb olmazdı. Bəlkə də, əllərində hansısa tutarlı arqumentləri var, amma bu, ictimaiyyətə açıqlanmalıdır. Ola bilər, məsul şəxslərdən kimsə kitabda bizim mentalitetə zidd hansısa məqam görüb, məsuliyyətdən qaçmağın ən asan yolunu tapıb: kitabın tədrisinə icazə verməmək.
Karneginin kitabları dünyanın bir çox dillərinə tərcümə edilib və məktəblərdə tədris olunur. Zərərli kitab olsaydı, bu qədər geniş yayılmazdı. İstənilən halda, şəffaflıq təmin edilməlidir.
Karneginin kitabları humanizm prinsplərinə əsaslanır, inanmıram ki, orada qızların tərbiyəsinə, xarakterinə mənfi təsir edən amillər olsun. İnanıram ki, tezliklə Təhsil Nazirliyi məsələyə aydınlıq gətirəcək.

Hazırladı: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri