Icma.az
close
up
RU
Bu klinikalar bağlanacaq AÇIQLAMA

Bu klinikalar bağlanacaq AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib. Bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. “Bu siyahı genişlənməyə davam edir. Məlum olduğu kimi, Azərbaycanda plastik cərrahlarla bağlı iki əsas mərkəz var və bu şərait yaxşılaşır”, - nazir bildirib.
Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, hazırda plastik və estetik əməliyyatlar çox populyarlaşıb və bazarda bu işi bilən-bilməyən “həkim” və ya “kosmetoloq” adı ilə fəaliyyət göstərir
“İnsanlar bəzən sadəcə bir-iki ləvazimat alıb, özlərini peşəkar kimi təqdim edir, amma əslində ciddi təhsil və sertifikatı yoxdur. Bu isə həm pasiyentlərin sağlamlığı üçün təhlükə yaradır, həm də bazarın etibarlılığını aşağı salır. Azərbaycan qanunvericiliyinə görə, icazəsiz əməliyyat aparan həkim və obyekt sahibləri ciddi məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslərə 2 000-5 000 manatadək, hüquqi şəxslərə isə 10 000- 50 000 manatadək cərimə tətbiq oluna bilər. Bununla yanaşı klinikanın fəaliyyəti dayandırıla, obyekt bağlana bilər”.
O deyib ki, əgər əməliyyat nəticəsində pasiyentə zərər dəyərsə, məsələ artıq cinayət müstəvisinə keçir:
“Cinayət Məcəlləsinə əsasən ehtiyatsızlıqdan sağlamlıq zədəsi üçün 3-7 ilədək həbs, ölüm halında isə 7-12 ilədək həbs mümkündür. Yəni gözəllik üçün edilən addım bəzən çox baha başa gələ bilər. Burada həm də pasiyentlərin məsuliyyəti var. Bilə-bilə saxta diplomlu həkimə müraciət edirsə, mülki və sığorta problemlər ilə üzləşə bilər. Hər halda, qanunvericilik ciddi şəkildə həkimlərin və klinikaların məsuliyyətini müəyyən edir, əsas məsələ isə dövlət nəzarətinin effektiv işləməsidir, çünki sadəcə siyahı və icazə kifayət etmir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri