Icma.az
close
up
RU
“Bu, Kremlə də ciddi mesaj olar...” Ceyhun Bayramov Tiflisə niyə gedib?

“Bu, Kremlə də ciddi mesaj olar...” Ceyhun Bayramov Tiflisə niyə gedib?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü daha gur səslə dəstəkləməsi, ukraynalı jurnalistin sualına “işğalla barışmayın” cavabı, bu arada xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri və Tiflisdə gürcü həmkarı Maka Boçorişvili ilə ikitərəfli və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafı mövzularını müzakirə etməsi xeyli müddətdir arxa planda olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatının fəallaşmasını diktə edir. 

"AzPolitika" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“1990-cı illərin sonunda təsis edilən təşkilat son illər passivləşib. Təşkilatın baş katibliyi Kiyevdə yerləşsə də, il ərzində inteqrasiyanı gücləndirəcək toplantılar keçirilmir.GUAM-ın 2006-cı il tarixində Kiyevdə keçirilən zirvə toplantısı zamanı təşkilatın adı "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat” kimi dəyişdirilib. Kiyevdəki həmin toplantıda azad iqtisadi zona barədə saziş də imzalanmışdı. 20 ildə bölgədə baş verən müxtəlif hadisələr, hakimiyyət dəyişiklikləri, xarici və təhlükəsizlik siyasətlərində fərqli çalarlar GUAM çərçivəsində qəbul edilən qərarların reallaşmasına mane oldu, inteqrasiya sürətlənmədi. Ancaq bölgədəki son hadisələr fonunda GUAM-ın yenidən fəallığını artırmasının aktuallığı artıb. Rusiya GUAM üzvlərindən Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Azərbaycan və Moldova ilə münasibətlərini xeyli gərginləşdirib, bircə Gürcüstan hökumətiylə münasibətlərində ciddi problemi yoxdur, ancaq bu ölkənin ictimaiyyətinin də Kremlin siyasətinə münasibəti mənfidir. Yəni vaxtilə GUAM-ın yaranmasına səbəb olan amil (Rusiyanın qonşularına qarşı təzyiq siyasəti), üstündən uzun illər keçsə də, yerində qalıb və daha da ağırlaşıb. Fikrimcə, rəsmi Bakı GUAM zirvə toplantısının Azərbaycan paytaxtında keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu, Kremlə də ciddi mesaj olar ki, Azərbaycan və Ukrayna tək deyillər. Belə bir sammit Kiyevlə Tiflis arasındakı münasibətlərdə anlaşmazlıqların ortadan qaldırılmasına da xidmət edər. Bununla rəsmi Bakı iki tərəfdaşının münasibətlərinin normallaşmasında vasitəçi ola bilər” - deyə, o, bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyul 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri