Bu küçədə sürücülər yol üstündə hər gün dava edir Yasamalda xaos VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtda sürücülərin avtomobillərini necə gəldi saxlaması səbəbilə problemlərin yarandığı barədə dəfələrlə xəbər dərc etmişik.
Avtosfer.az xəbər verir ki, bu dəfə Bakının Yasamal rayonunda “Arabaçı-MTK” və “Şərur-MTK” arasındakı yolda yaranan problem gündəmə gəlib.
Məhəlləsində hər gün yaşanan vəziyyəti telefonu ilə qeydə alan sakin bildirir ki, qonşuların maşınlarını düzgün park etməməsi səbəbindən ikitərəfli yolda cəmi 1 zolaq işlək qalır. Bu da dəqiqələrlə, hətta saatlarla sıxlığın yaranmasına səbəb olur. Bir neçə dəfə sürücülərin bir-birinə yol verməməsi dava ilə nəticələnib.
Sakin aidiyyəti qurumların yaranan problemin həlli istiqamətində təcili işlər görmələrini tələb edib.
Könül Raufqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Sentyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















