Qarabağın ilk şəhidinin bacısına mənzil verildi
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarabağın ilk iki şəhidindən birinin - Bəxtiyar Quliyevin bacısına Ağdam şəhərində tikilən yaşayış kompleksindəki çoxmərtəbəli binada mənzil verilib.
Modern.az xəbər verir ki, bu barədə Ağdamda yaşayan qazi jurnalist Rey Kərimoğlu bildirib.
Azərbaycan Qarabağda ilk şəhidi 1988-ci il fevralın 22-də verib. Həmin gün iki nəfər - Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid olublar.
1988-ci ildə Sovet İmperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilirdi.
1988-ci il fevralın 21-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
Belə bir məqamda Qarabağın azərbaycanlı əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olaraq SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi.
Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı çıxış edirdilər. Azğın ermənilər Əsgəran qəsəbəsi yaxınlığında mitinqçilərə doğru qəfil atəş açdılar, Əli və Bəxtiyar orada şəhid oldular.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 01 Noyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















