Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır Sürücülər qəza riski ilə üzləşir VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində yol hərəkəti zamanı təhlükəli vəziyyət yaranıb.
Bu barədə məlumat izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək ətraflı məlumat verib.
Kadrlardan görünür ki, sol tərəfdən körpü istiqamətində hərəkət edən sürücülər ərazidə quraşdırılmış sola hərəkət nişanının (4.1.3) tələblərinə uyğun olaraq hərəkətlərini davam etdirirlər. Lakin yol kənarında salınmış yaşıllıq zolağı sağdan gələn nəqliyyat vasitələrinin görünməsinə maneə yaradır.
Videoda sürücünün sağdan gələn avtomobilləri görməsi üçün yolun hərəkət hissəsinə qədər irəliləməsi aydın şəkildə əks olunub. Bu hal isə sağdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riskini artırır.
Qeyd edək ki, sürücüləri təhlükə ilə üz-üzə qoyan bu vəziyyət artıq uzun müddətdir davam edir və aidiyyəti qurum tərəfindən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruri hesab olunur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 08 May 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















