Icma.az
close
up
RU
“Sürücülər məcburi qayda pozuntuları səbəbindən cərimələrlə üzləşir” DEPUTAT DANIŞDI

“Sürücülər məcburi qayda pozuntuları səbəbindən cərimələrlə üzləşir” DEPUTAT DANIŞDI

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hal-hazırda həm Bakı şəhərində, həm də rayonlarda avtomobil idarə etmək çətinləşib, çünki bir çox yerdə sürücülər cərimələrlə üzləşirlər”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib:

“Mən artıq elə sürücülər tanıyıram ki, iki ay ərzində iyirmi bal itirərək sürücülük hüququndan məhrum olurlar. Digər tərəfdən isə alternativ imkanlar yetərli deyil.

Bəzən sürücü məcburiyyət qarşısında qalaraq avtobus zolağına daxil olur və ya hər hansı yerdə dayanmaq məcburiyyətində qalır və dərhal cərimə ilə üzləşir. Buna görə də hazırkı yol sıxlığı şəraitində sürücülərin cərimədən yayınması hər zaman onların əlində olmur. Bu baxımdan cərimələrin bu qədər sərtləşdirilməsi sosial baxımdan düzgün yanaşma hesab edilə bilməz”.

Deputat hesab edir ki, əgər sürücülərə alternativ imkanlar təqdim olunmursa, hərəkət rahatlığı təmin edilmirsə və eyni zamanda qaydalar sərtləşdirilirsə, bu vəziyyət qəbul edilən sayıla bilməz:

“Mən bu məsələni bir neçə dəfə qeyd etmişəm, parlamentdə də bu barədə fikir bildirmişəm. Orada belə təkliflər də səsləndirilir ki, cərimələr minimum əmək haqqına uyğunlaşdırılsın.

Əslində, bu mexanizm bir çox ölkələrdə tətbiq olunmadığı üçün mən bu yanaşmanı əsas hesab etmirəm. Dünyanın bir çox ölkəsində cərimələr birbaşa əmək haqqına bağlanmır və buna ehtiyac da yoxdur. Sadəcə qanunlar qəbul edilərkən vətəndaşların gəlir səviyyəsi nəzərə alınmalıdır.

Qanunvericilik hazırlanarkən insanların qazancı, xüsusilə də sürücülərin və taksi sahəsində çalışanların aylıq gəliri diqqətdə saxlanılmalıdır. Əgər cərimələr onların gəlirindən daha yüksək səviyyəyə qalxırsa, bu, düzgün qəbul edilə bilməz. Lakin cərimələri birbaşa minimum əmək haqqına bağlamaq da düzgün yanaşma sayılmır.

Digər tərəfdən, belə bir sual yaranır ki, əgər cərimə şəraiti yaradılmırsa, qanun pozuntusu da baş verməz. Lakin məsələ ondadır ki, bəzi hallarda cərimələrdən yayınmaq mümkün olmur. Çünki yol sıxlığı elə vəziyyətdə olur ki, sürücü məcburən qaydanı pozur və ya başqa avtomobilin təzyiqi ilə hərəkət zolağını dəyişməyə məcbur qalır. Bu zaman isə günahsız yerə cərimə ilə üzləşmək qəbul edilən deyil”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Aprel 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri