Bu küçələrdə də taksiyə minib düşə bilərsiniz
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.
“Qafqazinfo” AYNA-ya istinadən xəbər verir ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.
Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli və təhlükəsizlik, manevretmə qaydalarına əməl edilməlidir.

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib düşə biləcəyik Video
10 İyun 2025 10:26
Nazirlərin qəbuluna bu tarixlərdə düşə bilərsiniz!
26 May 2025 13:16
Bu nişandan sonra diqqətli olun: Radara düşə bilərsiniz VİDEO
10 Fevral 2025 09:01
Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ: Bu halda ziyana düşə bilərsiniz!
07 Oktyabr 2025 15:55

