Icma.az
close
up
RU
Bu maddə böyük dövlətləri qarşı qarşıya qoyub Elxan Şahinoğlu

Bu maddə böyük dövlətləri qarşı qarşıya qoyub Elxan Şahinoğlu

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ-la Çin arasında rüsum müharibəsi fentanil maddəsinə görə başlayıb. Vaşinqton hesab edir ki, Çində hazırlanan və qaçaqmalçılıq yoluyla ABŞ-a daşınan fentanil maddəsi güclü və sintetik ağrı kəsici kimyəvi preparat olaraq vətəndaşların bu dərmandan asılılığını artırır. Fentanil narkotikin yaradılmasında istifadə edilən xammal sayılır. ABŞ hökuməti Çini Meksika narkokartellərinin fentanil istehsalında istifadə etdiyi prekursor kimyəvi maddələrin əsas mənbəyi kimi müəyyən edib. Pekin sənaye və qeyri-qanuni narkotik ticarəti ilə mübarizə aparmaq üçün addımlar atdığını bildirib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, çıxışına daha sonra belə davam edib:

"Vaşinqtonla Pekin arasında Bayden administrasiyası dönəmində də bu mövzuda müzakirələr gedirdi. Keçmiş dövlət katibi Entoni Blinken iki il əvvəl Çinə səfəri zamanı Pekinlə fentanil maddələrin Çindən ABŞ-a ixracı ilə bağlı məsələni həll etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlmişdi. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra bu məsələnin üstünə Ağ Evin yeni sahibi Donald Tramp düşdü. Tramp administrasiyası fentanilin ABŞ-a daşınmasına görə Çindən gələn mallara əlavə idxal rüsumları tətbiq etməyə qərar verdi. “Çinə gəldikdə, onlar ölkəmizə fentanil göndərirlər. Və biz buna görə yüz minlərlə insanı öldürürük” deyən Tramp Çinin buna görə əlavə rüsumlar ödəməli olacağını vurğulamışdı. Ağ Ev sahibinin fikrincə, Çində istehsal olunan fentanil maddəsi Meksika və Kanada üzərindən ABŞ-a keçirilir. Trampın bu iddialarından sonra Kanada və Meksika ABŞ-la sərhəd keçid məntəqələrinə nəzarəti artırdı. Ancaq bu onları Trampın rüsumları artırmaq qərarından xilas etmədi.

Dövlət katibi Marko Rubio Donald Trampla eyni fikirdədir. Rubio “Fox News” kanalına müsahibəsində fentanil maddəsinin ABŞ-a gizli yollarla daşınmasını nəzərdə Çinə qarşı yalnız rüsumların artırılması ilə kifayətlənməyəcəklərini bildirib. Ötən ayın əvvəlindən ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri qüvvəyə minib. Çin Vaşinqtonun bu addımını cavabsız qoymayaraq öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan edib. Pekin, ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% tarif tətbiq edəcəyini açıqlayıb. Tramp Çin lideri Si Cinpini “dostum” adlandırsa da, liderlər telefonla danışsalar da, iki ölkə arasındakı münasibətlər gərginləşməkdə davam edir. Bunun səbəbi tək fentanil maddəsi deyil"

 Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri