Icma.az
close
up
RU
Bu maddənin əksikliyi hamilə qadınlarda düşüşə səbəb olur

Bu maddənin əksikliyi hamilə qadınlarda düşüşə səbəb olur

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hamiləliyin pozulmasına səbəb olan zülal aşkarlanıb.

Milli.Az xəbər verir ki, Rusiyalı alimlər hamiləliyin erkən mərhələlərində böyük əhəmiyyət daşıyan yeni bioloji mexanizmi üzə çıxarıblar.

Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutunun (İNTS RAN) mütəxəssisləri SETD7 adlı zülalı müəyyən ediblər. Bu zülal endometriumun yəni uşaqlığın daxili selikli qişasının düzgün şəkildə hamiləliyə hazırlanmasını tənzimləyir. Alimlərin fikrincə, SETD7-nin fəaliyyətindəki pozuntular hamiləliyin itirilməsi ilə əlaqələndirilə bilər.

Tədqiqatçılar bildiriblər ki, embrionla ilkin təmasdan əvvəl endometriumdakı stromal hüceyrələrin bir hissəsi desidual hüceyrələrə çevrilir, bu hüceyrələr sonradan plasentanın əsas hissəsini formalaşdırır. Digər hissə isə qocalma prosesinə daxil olur. Əgər bu iki proses arasında tarazlıq pozularsa, hamiləliyin uğursuz nəticələnmə riski artır.

İnstitutun laboratoriya rəhbəri Aleksandra Borodkina qeyd edib ki, aparılan bioinformatik analizlər nəticəsində SETD7-nin stromal hüceyrələrin çevrilməsini tənzimləyən yeni və daha əvvəl elmi ədəbiyyatda təsvir olunmamış bir faktor olduğu müəyyən edilib.

Eksperimentlər göstərib ki, desidual hüceyrələrin əmələ gəlməsi zamanı SETD7 zülalının səviyyəsi yüksəlir. Bu zülalın "söndürülməsi" isə hüceyrə bölünməsinin tam dayanmasına səbəb olur. Bundan başqa, alimlər SETD7-nin estrogen reseptorunun sabitliyini qoruduğunu da aşkar ediblər. Bu reseptor da hamiləliyin başlanması üçün əsas tənzimləyicilərdən biridir.

Tədqiqatçı Pavel Deryabinin sözlərinə görə, aparılan analizlər göstərib ki, hamiləliyin itirilməsi hallarında endometrium toxumasında SETD7 səviyyəsi aşağı olur. Bu nəticələr hamiləlik itkisinə səbəb olan mexanizmləri anlamaq, eləcə də bu sahədə profilaktika və diaqnostika üsullarını inkişaf etdirmək baxımından mühüm elmi əhəmiyyət daşıyır.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Oktyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri