Icma.az
close
up
RU
“Bu maşınlar niyə yanır? Çünki maklerlər qanundakı boşluqdan istifadə edir” EKSPERTDƏN AÇIQLAMA VİDEO

“Bu maşınlar niyə yanır? Çünki maklerlər qanundakı boşluqdan istifadə edir” EKSPERTDƏN AÇIQLAMA VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.


Müzakirələr zamanı çıxış edən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, rəsmi servis mərkəzlərində mütəmadi şəkildə vətəndaşlarla söhbət əsnasında saxta ehtiyat hissələri ilə aldanmalarının kütləviləşdiyi müəyyənləşir. Bu problemin miqyası o qədər genişdir ki, ölçüyəgəlməz vəziyyətdədir.

“Saxta ehtiyat hissələrinin satılması və sonradan avtomobillərdə istifadə olunması böyük qəzalara, faciələrə gətirib çıxarır. Tez-tez şahidi oluruq ki, qəzadan sonra sürücü deyir: “Mən vaxtında əyləcə basdım, tormuzu basdım, amma toqquşmadan qaça bilmədim”, ya da “piyadanı vurdum”. Bu nə ilə bağlıdır? Çünki avtomobilin “tormozlanma məsafəsi” deyilən anlayışı var.
Əyləc dərhal basıldıqda, təbii ki, avtomobil bir anda dayanmır, müəyyən məsafə qət etdikdən sonra dayanır. Saxta əyləc bəndlərinə görə bu məsafə ikiqat arta bilər. Məsələn, normalda avtomobil 15 metrdə dayanmalı olduğu halda, bu məsafə 30 metrə qədər uzana bilər. Həmin 30 metrlik yolda isə kimsə həyatını itirə, yaxud sürücü öz həyatını riskə ata bilər. Bu səbəbdən biz media nümayəndələrindən bir daha xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər. Onlar bu günə qədər daim marifləndirmə və məlumatlandırma işlərində bizə dəstək olublar. Xahiş edirik ki, yenidən saxta ehtiyat hissələri ilə bağlı araşdırmalar aparılsın və vətəndaşlar məlumatlandırılsın”. 
Eldəniz Cəfərov onu da vurğulayıb ki, yanan avtomobillərin bir hissəsi də sükanı sağdan sola keçirilmiş avtomobillərdir. 
“Halbuki Azərbaycan Respublikasında sükanı sağda olan avtomobillərin ölkəyə idxalı və istismarı qadağandır. Amma buna baxmayaraq, bu gün də ölkəmizə belə avtomobillər müxtəlif yollarla gətirilir və hətta onlara sənədlər belə verilir. Bu avtomobillər hələ də ölkədə istismar olunur. Gürcüstanda sükanı sağdan çıxarıb kustar üsulla sola keçirirlər və deyirlər ki, artıq sükan soldadır. Amma sənədlərdə, VIN kodda göstərilir ki, həmin avtomobilin sükanı əslində sağdadır. Belə avtomobillər istismar olunduqda, kustar şəkildə dəyişdirilmiş naqillərin alışması baş verir. Avtomobil yanğınlarının bir çoxunun səbəbi də məhz budur.
Xahiş edirik ki, bu məsələlər diqqətə yetirilsin. Hörmətli İltizam Yusifov da buradadır. O, keçmiş millət vəkili olsa da, həm də çox təcrübəli mühəndisdir. O da keçmiş həmkarlarına bu barədə təklif verə bilər ki, qanunvericilikdə müvafiq əlavələr edilsin”. 


Ekspert yanan maşınların çeşidləri ilə bağlı danışarkən qeyd edib ki, daha çox “perekitka” olunmuş maşınları görə bilərik:
“Bilirsiniz, dəllallar nədən istifadə edirlər? Onlar deyirlər ki, qanunda yalnız sükanı sağda olan avtomobillərin keçirilməsi qadağan olunub. “Biz isə bu avtomobili dəyişdirmişik, Gürcüstanda sükanı sola keçirmişik, yəni artıq problem yoxdur”. Halbuki bu, qanunun pozulmasıdır.
Qanuna əlavə olaraq xüsusi qeyd edilməlidir ki, sükanı sağdan sola kustar yolla keçirilmiş avtomobillər də ölkəyə buraxıla bilməz. 
Təsəvvür edin, qanun dəllallar qarşısında nə qədər aciz qalıbsa, bu boşluqdan istifadə edib avtomobilləri keçirməyə nail olurlar. Ona görə də qanun yenidən dəyişdirilməli, orada açıq şəkildə yazılmalıdır ki, sükanı sağdan sola keçirilmiş avtomobillərin də ölkəyə gətirilməsi və istismarı qadağandır”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri