“Bu matç “Qarabağ”la müqayisədə harda olduğumuzu göstərəcək” Mikelsdən maraqlı açıqlamalar
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Sabah” Tovuz” səfərində də 3 xal qazandı.
Oyunun ən yaxşılarından olan Coy-Lens Mikels jurnalistlərlə həmsöhbət oldu.
- Oyunla bağlı fikirlərin necədi?
- Düşünürəm ki, çox yaxşı oyun sərgilədik. “Turan Tovuz” üzərində səfərdə 3:1 hesablı qələbə çox yaxşı nəticədi. Komanda və azarkeşlər bizimlə qürur duyur. Hazırda turnir cədvəlinin birinci pilləsindəyik və bu, çox xoş hissdi.
- Qazonun vəziyyəti sənin və komandanın oyununa nə dərəcədə təsir etdi?
- Qazonun vəziyyəti ideal deyildi, amma “Turan Tovuz” da eyni meydançada oynayır. Ona görə də bunu bəhanə kimi göstərmirik. Düşünürəm ki, oyunu düzgün idarə etdik, ilk qolu vurduq və daha sonra öz oyunumuzu sərgilədik. Nəticədən çox razıyıq.
- Növbəti oyun “Qarabağ”la olacaq. Bu haqda nə düşünürsən?
- Çox maraqlı oyun olacaq. Bu matç “Qarabağ”la müqayisədə harda olduğumuzu göstərəcək. Düşünürəm ki, xal qazanmaq, hətta qalib gəlmək üçün real şansımız var. Amma hər şeyi meydanda görəcəyik.
- Çempionatda “Sabah”ın əsas məqsədi nədi? Çempionluq, yoxsa ikinci yer də kifayət edər?
- Əsas məqsədimiz qış fasiləsinə lider kimi yollanmaqdı. Hədəfə yaxınıq, amma hələ iki çətin oyunumuz var - “Qarabağ” və “Sumqayıt” ilə.
- Qollarını sıralıyırsan. Bombardir olmaq mümkündü?
- Bəli. Amma hər birimiz oyunu düşünürük. Qol vurmaq, əlbəttə, xoşdu, amma komanda yoldaşlarıma məhsuldar ötürmə vermək də mənim üçün önəmlidi. Yalnız qolları düşünmürəm. Komandaya kömək edə bilirəmsə, bu məni qürurlandırır.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:102
Bu xəbər 18 Dekabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















