Icma.az
close
up
RU
Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə, məhsuldarlığa mənfi təsir edib.

Məlumdur ki, bitkilərin inkişafı üçün su əsas amillərdən biridir. Bitki hüceyrələrinin böyük hissəsi sudan ibarət olduğu üçün yağıntının az olması məhsulun zəif məhsuldarlığına səbəb olur. Bu baxımdan, iki gün aramsız yağan yağışlar torpağın nəmliyini artırıb, su ehtiyatlarını bərpa edib və əkin sahələri üçün daha əlverişli şərait yaradıb.

Mütəxəssislərə görə, xüsusilə payız aylarından başlayaraq yağıntıların artması kənd təsərrüfatında müsbət dəyişikliklərə yol aça bilər. Bu isə gələcəkdə məhsuldarlığın artmasına, nəticədə bazarlarda məhsul bolluğuna və qiymətlərin daha münasib olmasına səbəb ola bilər. Yəni hazırda bəzi çətinliklər yaratsa da, bu yağışlar ümumi mənzərədə kənd təsərrüfatı üçün ümidverici hesab olunur.

"Ölkə.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri və aqrar sahə üzrə ekspert Rəcəb Orucov Musavat.com-a bildirib ki, intensiv yağıntılar kənd təsərrüfatına müsbət təsir göstərir.

Onun sözlərinə görə, bir çox bölgələrdə, xüsusilə aran və yarımaran zonalarda suvarma suyuna tələbat hər zaman yüksək olur və bu baxımdan, təbii yağıntıların artması olduqca əhəmiyyətlidir:

“Bu cür yağışlar su ehtiyatlarının formalaşmasına, torpaqda nəmlik balansının bərpasına və əkin sahələrinin su təminatının yaxşılaşmasına xidmət edir”.

Ekspert qeyd edib ki, yağıntıların intensivliyi və dövrü kənd təsərrüfatı bitkilərinin inkişaf mərhələsi üçün uyğun hesab oluna bilər:

“Xüsusilə payızdan başlayaraq davam edən yağıntılar torpaqda kifayət qədər nəmlik yaradıb ki, bu da yazlıq və payızlıq əkinlər üçün əlverişli şərait formalaşdırır. Bu proses ən çox taxılçılıq sahəsində özünü göstərəcək. Çünki əkin dövriyyəsinin təxminən 60 faizindən çoxunu məhz taxıl bitkiləri – buğda və arpa təşkil edir. Bu səbəbdən yağıntıların artması həmin məhsulların məhsuldarlığının yüksəlməsinə ciddi təsir göstərə bilər”.

Rəcəb Orucov vurğulayıb ki, yağıntılar torpağın strukturuna da müsbət təsir edir. Belə ki, düzgün vaxtda düşən yağışlar şumlanmış sahələrdə nəmliyin qorunmasına, torpaq qatlarının daha yaxşı formalaşmasına və səpin üçün optimal şəraitin yaranmasına imkan verir.Bununla yanaşı, ekspertin fikrincə, bəzi hallarda artıq rütubət müəyyən texniki çətinliklər yarada bilər:

"Məsələn, əkin sahələrinə texnikanın daxil olması çətinləşə və ya bəzi aqrotexniki tədbirlərin vaxtında aparılması gecikə bilər. Laki bu kimi hallar lokal xarakter daşıyır və ümumi mənzərəyə ciddi mənfi təsir göstərmir.

Bu yağıntılar yalnız taxılçılıq üçün deyil, digər strateji kənd təsərrüfatı sahələri üçün də faydalıdır. Pambıqçılıq, yem bitkiləri, tərəvəzçilik və digər əkin növlərində torpaqda yaranan təbii nəmlik bitkilərin daha sağlam inkişafına şərait yaradır. Nəmlik balansının qorunması kök sisteminin möhkəmlənməsinə, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə və nəticədə məhsulun keyfiyyətinin və həcminin artmasına səbəb olur”.

Ekspert əlavə edib ki, bəzi bölgələrdə güclü yağışlar tozlanma prosesinə müəyyən qədər təsir göstərə bilər, lakin bu təsirin ciddi və genişmiqyaslı olacağı gözlənilmir:

"Çünki əsas meyvəçilik zonaları nisbətən fərqli iqlim xüsusiyyətlərinə malikdir və bu sahədə risklər minimaldır. Digər tərəfdən, güclü leysanların şəhər və bəzi yaşayış məntəqələrində müvəqqəti problemlər – su basma halları, infrastruktur zədələnmələri kimi fəsadlar yaratdığı da istisna deyil. Lakin kənd təsərrüfatı baxımından bu yağıntılar ümumilikdə daha çox müsbət qiymətləndirilir.

Yağıntılar torpaqda kifayət qədər nəmlik ehtiyatı yaradaraq yaz mövsümündə aparılacaq bütün əkin və becərmə işləri üçün əlverişli zəmin formalaşdırır. Bu isə öz növbəsində məhsuldarlığın artmasına, bazarda məhsul bolluğunun yaranmasına və qiymətlərin daha sabit olmasına gətirib çıxara bilər. Hazırkı iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün əlverişli perspektivlər vəd edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Mart 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri