Gələn ay bu məhsullar UCUZLAŞACAQ
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Payız mövsümündə yerli meyvə və tərəvəzlərin bazara çıxarılması bəzi məhsulların qiymətinin aşağı düşməsinə şərait yarada bilər".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, xüsusilə kələm, kök, çuğundur, alma, heyva və narın ucuzlaşması mümkündür:
"Məhsulların yığım mövsümündə təklifin artması qiymətlərə aşağı istiqamətdə təsir göstərə bilər. Kartof və soğanın qiymətində isə ehtiyatlardan və tədarük həcmindən asılı olaraq sabitlik və ya müəyyən ucuzlaşma müşahidə oluna bilər".
İqtisadçı qeyd edib ki, noyabrda pomidor, xiyar və bibər kimi tərəvəzlərin bahalaşması da mümkündür. Açıq sahələrdə yetişdirilən məhsulların bazara çıxarılması azaldıqca istixana tərəvəzlərinin payı artır. İstixanalarda istilik və elektrik enerjisi xərclərinin yüksəlməsi isə satış qiymətlərinə təsir edə bilər.
"Ət məhsullarının qiymətində də artım riski qalır".

Akif Nəsirli: Gözlənilən qiymət dəyişiklikləri idxalın həcmindən, bazarda tələb-təklif nisbətindən asılı olacaq
Akif Nəsirlinin fikrincə, mal və qoyun ətinin maya dəyərinə heyvan yemlərinin, daşınmanın və digər təsərrüfat xərclərinin təsiri var. Bu məsrəflərin artması pərakəndə satış qiymətlərində də özünü göstərə bilər:
"Süd və süd məhsullarının qiymətində əsasən sabitlik gözlənilsə də, yem və istehsal xərclərinin yüksəlməsi bahalaşma ehtimalını artırır. İdxal olunan bitki yağları və digər ərzaqların qiymətləri isə dünya bazarındakı dəyişikliklərdən, valyuta və logistika xərclərindən asılı olacaq".
İqtisadçı vurğulayıb ki, konkret məhsullar üzrə əvvəlcədən dəqiq proqnoz vermək çətindir. Noyabrda gözlənilən qiymət dəyişiklikləri məhsul ehtiyatlarından, idxalın həcmindən və bazarda tələb-təklif nisbətindən asılı olacaq. Sadalanan ehtimallar rəsmi proqnoz deyil, mövsümi amillərə əsaslanan qiymətləndirmələrdir.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 12 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















