Bu məhsullara xərclənən pul 8 milyard manatı ÖTDÜ RƏSMİ
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində Azərbaycan əhalisinin toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclədiyi pul 8 milyard manatı ötüb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlakçılar 8 milyard 71,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar alıb.
Ötən ilin eyni dövründə əhalinin bu mal qrupu üzrə xərclədiyi pul 7 milyard 542 milyon manat idi. Bu il sözügedən mal qrupu üzrə xərclər 529,5 milyon manat, yəni 7 faiz artıb.
İnflyasiyanı nəzərə alsaq, toxuculuq məhsulları, geyim və ayaqqabılara çəkilən xərclərdə real artım 5,4 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycan əhalisi mal qrupları üzrə ən çox pulu məhz toxuculuq məhsulları, geyim və ayaqqabılara xərcləyir.
Statistik məlumatlar göstərir ki, əhali toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına bu il hər gün 24,16 milyon manat, hər ay 725 milyon manat ayırıb.
Vasif
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 12 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















